Cümə günü, 16 oktyabr 2026
     

Bakı-Tiflis-Qars Rusiyanın məşhur “Transsibir” dəmir yolu ilə birləşdirilir...

Image


Rusiya və Azərbaycan arasında bu gün bütün mühüm istiqamətlər üzrə əlaqələrin dinamik şəkildə inkişaf etməsi özünü qabarıq şəkildə büruzə verməkdədir. Ümumiyyətlə, proseslərin real səviyyəsi Rusiya üçün Azərbaycanın regionda ən əsas tərəfdaş olduğunu deməyə əsas verir. Artıq faktdır ki, Ermənistanda məlum hakimiyyət dəyişikliyindən sonra Moskva İrəvana əvvəlki kimi müttəfiq gözü ilə baxmır. Gürcüstanla da Rusiyanın münasibəti bəllidir. İndiki halda Kreml üçün regionda ən əlverişli tərəfdaş qismində məhz Azərbaycan çıxış edir.

Digər tərəfdən, Rusiya üçün Azərbaycanın iqtisadi potensilaı da xüsusilə cəlbedicidir. Bundan əlavə, birgə reallaşdırılan transmilli layihələr də prosesə təsirsiz ötüşmür. Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko da bildirir ki, postsovet məkanında sürətlə inkişaf edən ölkələrdən biri olan Azərbaycanla Rusiyanın münasibətləri çox yüksək səviyyədədir.

O, “Moskva – Baku” portalına müsahibəsində qeyd edir: “Azərbaycan postsovet məkanının ən sürətli inkişaf edən ölkələrindən biridir. Makroiqtisadi sabitliyə nail olunub, yeni iş yerləri açılır. Bütün bunlar ölkədə həyata keçirilən islahatların nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev və komandası ölkənin siyasi, iqtisadi, sosial, mədəni həqiqətlərinə, tələbatlarına uyğun islahatlar hazırlayıb həyata keçirməyi bacarıb”. Valentina Matviyenko həmin proseslərin iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün daha da geniş imkanlar açdığını dilə gətirib və Bakıya son səfəri zamanı da sözügedən imkanlardan dolğun şəkildə yararlanmaq məsələlərinin müzakirə olunduğunu qeyd edib: “Ölkələrimizin hökumətləri, işgüzar dairələri tərəfindən daha çox fəallıq, təşəbbüskarlıq göstərilməyin vacibliyi barədə qənaətə gəlmişik. Fikrimcə, müasir texnologiyalar sahəsində əməkdaşlığı da ehtiva edən əlaqələr formatına üz tutmaq həm Rusiyanın, həm də Azərbaycanın marağındadır. Əlbəttə ki, qarşılıqlı sahibkarlıq, sərmayə mühitini də yaxşılaşdırmaq üçün bundan sonra da əzmlə çalışmaq lazım gəlir. İki ölkə arasındakı münasibətlər hazırda çox yüksək səviyyədədir. Hər iki ölkə əlaqələri genişləndirmək, əməkdaşlığın bütün sahələrində qarşılıqlı fəaliyyəti artırmaq üçün ardıcıl səylər göstərir: iqtisadiyyatda da, elmdə də, mədəniyyətdə də. Qarşıya çıxan problemlər də həll olunur. Onlar arasında tərəfdaşlığımıza xələl gətirə bilən məsələnin olmaması əsaslı əhəmiyyət kəsb edir. Bunun üçün ölkələrimizin prezidentləri - Vladimir Putinlə İlham Əliyev arasındakı mütəmadi təmaslara, dost ünsiyyətinə borcluyuq. Hazırkı mərhələdə Azərbaycanla Rusiyanın əməkdaşlığı sıçrayışla yox, ardıcıl şəkildə, tədricən, yüksələn xətlə inkişaf edir. Dövlətlərimizin, vətəndaşlarımızın köklü mənafeyinə uyğun gələn model yaradılıb”.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi Nikolay Silayev isə bildirir ki, Azərbaycanın iqtisadi imkanları Rusiyanın bu ölkə ilə əməkdaşlığını genişləndirməsində xüsusi rol oynayır. O, indiki halda "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərəflərə əməkdaşlıqda yeni mühüm imkanlar yaratdığını da vurğulayır: "Azərbaycanın ərazisindən dəhlizin Rusiya və İranı birləşdirən dəmir yolu hissəsi keçir. Bundan daha vacib olanı isə odur ki, Azərbaycanın ərazisində faktiki olaraq "Şimal-Cənub" dəhlizinin və Türkiyə istiqamətində olan dəmir yolunun birləşməsi baş verir. Bu mənada, Azərbaycanın "Şimal-Cənub" layihəsindəki rolu çox əhəmiyyətlidir. İranla bağlı məlum məsələlər fonunda dəhlizlə bağlı qeyri müəyyənlik var. Lakin dəhlizlə əlaqədar ümumi durumdan asılı olmayaraq, Azərbaycanı Rusiya ilə birləşdirən dəmir yolunun modernizasiyası iki ölkə arasındakı ticarətə böyük impuls verəcək. Elə həm də həmin infrastrukturun inkişafı ilə əlaqədar olaraq ixrac imkanlarının artması nəticəsində son zamanlar Rusiya bazarında Azərbaycan malları xeyli çoxalıb. Azərbaycanın tranzit rolu əhəmiyyətli dərəcədə artacaq. Belə ki, "Rusiya Dəmir Yolları" ASC ilə artıq Bakı-Tiflis-Qars dəhlizindən istifadə ilə bağlı razılaşma var. İstənilən halda, İrandakı dəmir yolu tikilib qurtaracaq. Bu ilin yayından isə kifayət qədər yaxşı yüklənmə ilə Qazaxstanın Aktau limanından Bakıya mütəmadi konteyner reysi açılıb. Yəni Azərbaycan artıq nəqliyyat habına çevrilməkdədir". Ekspert Rusiyanın Bakı-Tiflis-Qarsa marağının artmasını hər iki ölkə üçün vacib sayır. Bildirir ki, Azərbaycan, Türkiyə və Rusiya arasında dəmir yolu sahəsini əhatə edən üçtərəfli əməkdaşlıq Bakı-Tiflis-Qars dəmir yolunun fəaliyyətində canlanma yaradacaq. Belə ki, əməkdaşlığın yeni forması Rusiyanın şərqindəki dəniz limanlarına daxil olan yüklərin Qafqazdan və Anadoludan keçməklə mənzilbaşına çatmasını təmin edəcək.

Bundan başqa, məlumdur ki, Rusiya Bakı-Tiflis-Qarsın "Transsibir" dəmir yolu xəttilə birləşdirilməsində indi olduqca maraqlıdır. Hesab edilir ki, bu, Avrasiya regionunda malların daşınması və tranziti baxımından çox vacib addımdır. Digər tərəfdən Bakı-Tiflis-Qars xətti Şərqdən Qərbə və əksinə malların tranziti baxımından "Transsibir" yolunun əhəmiyyətini xeyli artırır. Rusiya Dəmir Yolları İdarəsinin baş direktoru Oleq Belozyorov "Transsibir" dəmir yolu xəttilə Çindən Azərbaycana konteyner tranziti üzrə müntəzəm sistemin yaradılmasını, eləcə də Bakıda müvafiq distribütor mərkəzinin yaradılmasını vacib sayır. Xatırladaq ki, artıq Rusiya ilə Azərbaycan arasında Bakı-Tiflis-Qars dəmir yolunun infrastrukturundan istifadə edilərək, “Şimal-Cənub” dəhlizi, eləcə də Rusiya-Azərbaycan-Türkiyə marşrutu üzrə nəqliyyat axınının artırılmasına dair əməkdaşlıq haqqında memorandum imzalanıb. Maraqlıdır ki, Bakı-Tiflis-Qars dəmir yolu bir vaxtlar Çindən malların qəbulu baxımından "Transsibir"  dəmir yolu xəttinə ciddi rəqib kimi qiymətləndirilirdi. Lakin bir müddət sonra Rusiya öz məhsullarını Türkiyə bazarına daha tez ixrac etmək, bu ölkənin Aralıq dənizindəki limanlarına çıxış qazanmaq məqsədilə Bakı-Tiflis-Qars xəttindən istifadə etmək qərarına gəldi. İndi isə bu xüsusda əməkdaşlığın daha da genişləndirilməsi Moskvanın xüsusi diqqət mərkəzində yer alır. Hazırda Rusiya Türkiyəyə taxta və polad məhsullarını əsas etibarı ilə məhz Bakı-Tiflis-Qarsla göndərir. Hər ay Rusiyaya məxsus təxminən 70 min ton metallurgiya məhsulu məhz bu yolla Türkiyəyə göndərilir. Ümumiyyətlə, Türkiyə Rusiya üçün ən böyük polad bazarıdır. Bu ölkənin Rusiyadan illik polad idxalının həcmi 5-6 milyon tondur. Bununla yanaşı, Rusiyadan Türkiyəyə hər il milyonlarla ton digər mallar, xüsusilə kömür, taxıl və gübrə ixrac edilir. Bu malların daşınması üçün Rusiya Bakı-Tiflis-Qarsdan getdikcə daha çox istfiadə edir. Beləliklə, bu dəmir yolu Rusiyanın Türkiyə və Cənub-Şərqi Avropa bazarlarına çıxışı üçün yeni imkanlar açır. Bütün bunlar fonunda Rusiyanın Azərbaycanla əlaqələrini dərinləşdirməsi də təbii sayılır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ