Cümə günü, 16 oktyabr 2026
     

Milli turizmimizin inkişafında böyük əngəllər...

Image


Dövlətin xüsusi dəstəyi sayəsində ölkədə sürətlə inkişaf edən sahələrdən birinin turizm sektoru olması artıq heç kimə sirr deyil. Görülən tədbirlər ölkəyə uz tutan əcnəbilərin sayının əhəmiyyətli dərəcədə artmasına təkan verib.

Hesablamalara görə, bu ilin yanvar-oktyabr aylarında ölkəmizə təşrif buyuran xarici ziyarətçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə10,9 faiz artaraq 2,7 milyon nəfər olub. Ölkədə qış turizminə start verilməsi fonunda isə ilin sonuna kimi Azərbaycana gələn turistlərin sayının 3 milyonu keçməsi gözlənir ki, bu da turizm tarixində növbəti rekord sayılır.

Bununla yanaşı, hesablamalar göstərir ki, ölkədə turistlərin xərclədiyi vəsait ilin sonuna kimi 2,5 milyard dolları keçəcək. Bu da qeyri-neft sektorunun mühüm bir qolu kimi turizmin ölkəyə böyük həcmdə vəsait qazandırmasının daha bir təsdiqidir. Qeyd edilənlər həm də onun göstəricisidir ki, turizm sənayesi Azərbaycanda özünün yüksəliş mərhələsini yaşayır.

Qeyd edək ki, bir çox ölkələrin gəlirlərinin formalaşmasında turizm mühüm yer tutur. Məsələn, ABŞ, Fransa, İspaniya, Türkiyə, İtaliya, digər Avropa və Şimali Amerika ölkələrində hər il turizmdən on milyardlarla dollar həcmində gəlir əldə olunur. Beynəlxalq təcrübədən də aydın olur ki, ölkələrin istehsal potensialı, gəlirlilik səviyyəsi və məşğulluğunun artırılmasında turizm sektorunun əhəmiyyətli təsiri var. Ümumdünya Turizm Təşkilatının proqnozlarına əsasən, beynəlxalq turizm sənayesinin davamlı inkişafı nəticəsində xarici turistlərin sayı ildə orta hesabla 43 milyon nəfər artmaqla, 2030-cu ilədək 1,8 milyard nəfərə çatacaq. Bu proqnozlardan da aydın görünür ki, turizmin iqtisadiyyatdakı çəkisinin əhəmiyyəti artır. Bütün bunlar nəzərə alınaraq turizm sahəsinin sosial-iqtisadi inkişafın əsas təkanverici qüvvələrindən birinə çevrilməsi, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan üçün də prioritetdir. Artıq son illər dövlət səviyyəsində bu sahənin inkişaf etdirilməsi istiqamətində reallaşdırılan məqsədyönlü tədbirlər öz müsbət təsirlərini göstərməkdədir. Xüsusən də 2015-ci ildə bu sektorda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsi, 2016-cı ildə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsi, elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması turizm sahəsinin inkişafı üçün mühüm təkan sayılır.

Dövlət Turizm Agentliyinin xəttilə müxtəlif ölkələrdə Azərbaycan turizminin təşviqi də öz nəticələrini verir. Onu da bildirək ki, Dövlət Turizm Agentliyinin turizm strategiyasına uyğun olaraq Rusiya, Türkiyə, Çin, Böyük Britaniya, Gürcüstan, Sinqapur, Latviya, Cənubi Koreya, Almaniya, Hindistan, Vyetnam, Mərkəzi Asiya və Yaxın Şərq ölkələri ilə turizm sahəsində ikitərəfli əməkdaşlıq üçün qarışlıqlı səfərlər təşkil olunur, müvafiq danışıqlar aparılır. Ölkəmizin turizm potensialının sürətli təbliği və ondan istifadə imkanlarının təşviq olunması üçün artıq 6 xarici ölkədə turizm nümayəndəliyi fəaliyyət göstərir. Görülmüş işlərin nəticəsidir ki, Azərbaycana gələn turistlərin sayında ilbəil artım müşahidə edilir. Bakıda, eləcə də ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, otellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması da prosesə müsbət təsir edir. Ölkəmizin coğrafi mövqeyi, iqlim şəraiti, flora və faunasının zənginliyi, mədəni-tarixi irsi də turizmin inkişafında mühüm rol oynayır. Lakin bütün bunların fonunda problemlərin olması da danılmaz həqiqətdir. Ölkəmizə gələn əcnəbiləri narazı salan məqamlar da kifayət qədərdir. Azərbaycan Otellər və Restoranlar Assosiasiyasının idarə heyətinin sədri Samir Dübəndi  bu xüsusda bildirir: “Turistlərin əsas şikayətləri restoranlarda qiymətlərin yüksəkliyi, yerli və əcnəbi vətəndaşlar üçün fərqli, yəni ikili menyudan istifadə olunması ilə əlaqədardır. Restoranlarda əcnəbilər üçün fərqli qiymətlərin olması restoran biznesinin konseptinə yaddır. Amma onu vurğulayım ki, bizdə otellərin qiyməti normaldır. Lakin ölkəmizdə turizmin bahalı olduğunu deyə bilərik. Buna görə də kütləvi turizmə nail ola bilmirik. Turistlərin qarşılaşdığı digər problemlərdən biri də otellərin ulduz təsnifatı ilə bağlıdır. Əcnəbi turistlər ölkəmizə gəlməzdən öncə internet üzərindən otellər haqda məlumatları araşdırırlar. Təəssüf ki, bu saytlarda bizim yerli otellərin ulduz dərəcəsi çox zaman düzgün göstərilmir. Biz assosiasiya olaraq, mütəmadi qaydada bu aqreqatorlara baxırıq və bir çox otelin ulduz dərəcəsinin düzgün qeyd olunmadığını görürük. İstehlakçının aldadılması isə düzgün deyil. Çünki otellər yalnız özlərini deyil, həmçinin ölkəmizi təmsil edirlər”.

 Bu problemin qarşısını almaq üçün nə edilməli olduğu ilə bağlı ekspert bildirir: “Bəzi ölkələrdə bu kimi problemlərin dövlət səviyyəsində aradan qaldırılması üçün müəyyən addımlar atılıb. Məsələn, belə ölkələrdə dövlət tərəfindən həmin aqreqatorlara müraciət edilir, xahiş və tələblə bildirilir ki, bizim ərazimizdən qəbul etdiyiniz otellərin ulduz dərəcələrini göstərmək üçün dövlət şəhadətnamələrini tələb edin. Belə olan halda otel eyni zamanda ulduzunu, qiymətlərini, hava limanından nə qədər uzaqda yerləşdiyini, otaqlardakı şəraitini və dövlət şəhadətnamələrini göstərməli olacaq. Əcnəbi turistlərin aldadılmaması üçün biz də bu təcrübədən istifadə etməliyik. Bəzən binanın üzərində təsnifatına görə saxta ulduz qoyulur. Hətta elə otellərimiz var ki, ulduz dərəcəsinə görə təsnif olunmayıb. Son nəticədə bu, istehlakçının aldadılmasıdır. Ulduzların təsnifatı ilə bağlı Azərbaycandakı vəziyyətdən danışdıqda onu qeyd etməliyəm ki, hazırda bu iş dayandırılıb. Bizdə olan məlumata görə, 2020-ci ildən sonra otellərin təsnifat sisteminə qoşulmasına start veriləcək”.

Ekspert tur agentlərinin də üzərinə böyük iş düşdüyünü vurğulayır:“Adını "tour agency" qoyan şirkətlər bəzi hallarda yalnız tur biletlərinin satışı ilə məşğul olur, hansısa turizm məhsulu ortaya çıxarmaq iqtidarında deyillər. Qonaq cəlb etmək bilavasitə otelin işi deyil. Tur agentliklər, tur operatorlar bu işlə məşğul olmalıdır. Onlar bu işi qismən görürlər”. Hesab olunur ki, qeyd edilən bu problemlərin mümkün qədər tez həlli turizmin inkişafına, onun ölkə iqtisadiyyatında rolunun artmasına mühüm töhfələr vermək iqtidarındadır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ