Cümə günü, 16 oktyabr 2026
     

60-dan çox iri tədbir və nağdsız ödənişlərin faizi 74-dən 40-a düşəcək – Azərbaycan möcüzəsi…

Image


Aparılan hesablamalar göstərir ki, qarşıdakı 3 il ərzində dünyada nağdsız əməliyyatların həcmi 1 trilyon dolları keçəcək.  Bu xüsusda "Business Insider Intelligence" nəşri yazır ki, bu, mobil və rəqəmsal texnologiyaların inkişafı sayəsində mümkün olacaq. Azərbaycanda da sözügedən istiqamətdə texnologiyaların inkişafı fonunda nağdsız ödənişlərin miqdarının əhəmiyyətli dərəcədə artması gözlənir.

Mərkəzi Bank da bildirir ki, rəqəmsal ödənişlərin genişlənməsi üzrə dövlət proqramının icrası nəticəsində nağdsiz dövriyyənin həcmi 14 milyard manatadək artacaq. Xatırladaq ki, bu proqram 2018-2020-ci illəri əhatə edir və bu istiqamətdə ölkədə 60-dan çox tədbirin keçirilməsi nəzərdə tutulub. Dövlət proqramının icrası nəticəsində nağd dövriyyənin həcminin74%-dən 40%-dək endirilməsi proqnozlaşdırılır. Amma o da faktdır ki, reallıqda bu istiqamətdə hələ zəruri addımlar atılmayıb. Yəni rəqəmsal ödənişlərin texnologiyalar, mobil telefonlar vastəsilə həyata keçirilməsi azdır. Hazırda ölkəmizdə nağdsız əməliyyatlar daha çox pos-terminallar vasitəsilə həyata keçirilir. Amma bu sahədə də vəziyyəti ürəkaçan saymaq olmaz. Əvvəla, belə cihazların sayına artım tempi istənilən səviyyədə deyil. Düzdü, cari ilin 3-cü rübündə pos-terminalların sayı 1381 ədəd artaraq 64 min 777 ədədə çatıb. İyun ayının sonunda POS-terminalların sayı 63 min 396 ədədədək düşmüşdü. Amma Mərkəzi Bankın statistikasına görə, hələ də  ticarət və xidmət obyektlərində quraşdırılmış pos-terminalların sayı 2018-ci ilin sonu ilə müqayisədə 1333 ədəd, 2015-ci ilin sonu ilə müqayisədə isə 15 min 524 ədəd azdır. 2015-ci ilin sonunda ticarət və xidmət obyektlərində quraşdırılmış pos-terminalların sayı 80 min 301 ədədə çatmışdı. Sonradan sahibkarlar pos-terminallardan imtina etməyə başlamışdılar. Halbuki, hökumətin əsas məqsədi pos-terminalların sayının və beləliklə, nağdsız ödənişlərin miqdarının artırılmasıdır. Bu hal "kölgə iqtisadiyyatı"na da ciddi zərbə sayılır. Digər tərəfdən məlumdur ki, oktyabr ayının əvvəlinədək ölkədəki iri ticarət mərkəzləri, şadlıq evləri, şəbəkə marketlər, yanacaqdoldurma məntəqələri avtomobil və mebel satışı mərkəzləri elektron kassa sisteminə keçməlidir. Azərbaycanda bu kimi obyektlərin sayının on minlərlə olduğunu nəzərə alsaq, pos-terminalların sayının 1381 ədəd artması zəif artımdır.

Daha bir məqam isə plastik kartlarla bağlıdır. Ölkədə belə kartların artmına da pos-terminalların sayı uyğun deyil və çox azdır. 2019-cu il sentyabrın sonu üçün dövriyyədə olan bank kartlarının sayı 7,266 milyona çatıb, bu isə ötən il oktyabrın əvvəlindəki göstəricidən 909 min ədəd çoxdur. Bu ilin yanvar-oktyabr aylarında qeydə alınmış kart əməliyyatlarının həcmi 1,911 milyard manata çatıb, bu isə ötənilki göstəricilərdən 35,4% çoxdur. Lakin bank kartları ilə dövriyyənin artması əhalinin müxtəlif xidmət və məhsullara görə ödənişdə plastik pulqabılarıdan istifadəyə keçdiyi anlamına gəlmir.  İl ərzində bank kartları ilə ticarət mərkəzlərində ödəniş edilməsi cəmi 10% artıb. Bunun səbəbi vətəndaşların görünməyən ödənişlərə etimadsızlığı və bir çox ticarət obyektlərinin Pos-terminaldan istifadə etmək istəməməsidir. 
Nəticə olaraq bu ilin avqustunda vətəndaşlar bankomatlardan 1,319 milyard manat çıxarıblar, bu da ötənilki göstəricilərdən 295 milyon manat çoxdur. Başqa sözlərlə, bank kartlarına gələn vəsaitin 69%-ni əhali nağdlaşdırır. "Mastercard"ın Azərbaycan üzrə meneceri Erdem Çakar isə bunu yolverilməz hal sayır: "Azərbaycanda hələ də bankomatdan pul çıxarıb marketdə ödəniş edənlər var. İnsanlar əvvəlcə marketlərin yanındakı bankomatların qarşısında, sonra isə içəridə - kassalarda növbə gözləyir. Bu isə əlavə vaxt itkisi deməkdir. Halbuki, ödənişləri birbaşa kartla etsələr, bankomatın qarşısında gözləməyə ehtiyac qalmaz. Onu da nəzərə almaq lazımdır ki, bəzən hansısa malın dəyəri, tutalım, 5 manat deyil, 4,73 manat edir və pulun qalığını almaq olmur. Nağdsız ödəniş etdikdə isə bu problem yaranmır”. Amma yuxarıda səslənən rəqəmlərdən göründüyü kimi, nağdsız dövriyyənin həcminin istənilən tempdə artması istiqamətində problemlər var. Ekspertlər hesab edir ki, vəziyyətdən çıxış yolu üçün həm  pos-terminalların sayının sürətlə artması, həm də mobil telefonun köməyilə ödənişlərin həcminin çoxalması vacibdir. Sonuncu dükanlarda alışı pos-terminalın deyil, mobil telefonun köməyilə qiymətləndirməyə imkan verməlidir. Təkcə ötən ilin sonlarında ölkədə 10, 339 milyon mobil telefon abonenti olması qeydə alınıb. Bu, ölkə əhalisinin sayından çoxdur. Bu mənada, nağdsız ödənişlər üçüq mobil telefonlardan istifadə də vacib sayılır.

"MasterCard"ın biznesin inkişafı üzrə direktoru Hakan Tatlıcı da bunu mümkün sayır və qeyd edir ki, nağdsız dövriyyə üçün əsas vasitə sayılan pos-terminalların əldə olunması və onlardan istifadə edilməsi sahibkarlar üçün əlavə xərcdir: “Pos-terminalları iş adamlarına havayı vermək isə banklar üçün sərfəli deyil. Odur ki, “Mastercard” olaraq vəziyyətdən alternativ çıxış yollarını araşdırdıq. Müəyyən etdik ki, “Android” əməliyyat sisteminə malik mobil cihazların arxasındakı təmassız ara hissə təmassız kartlarla ödəniş etmək üçün istifadə edilə bilər. Təbii ki, bu, NFC (Near-Field Communication - Yaxın Məsafəli Əlaqə) ilə mümkündür. Bu da pos-terminallara olan ehtiyacı aradan qaldırar”. "MasterCard" rəsmisi dediyi sistemin necə işlədiyini də izah edib: "Vətəndaşın çalışdığı şirkət “Android” rejimində işləyən mobil əlavəsini telefona yükləyir, bankda qeydiyyatdan keçərək həmin mobil əlavəyə uyğun POS-ID alır. Bununla da, kartdan karta deyil, telefondan telefona ödəniş həyata keçirilir. Biz bu sistemi "Tap on Phone" adlandırmışıq. Hazırda Rusiyada "Sberbank", Türkiyədə "ENG Bank"la bu layihənin sınaqları həyata keçirilir. Türkiyədə təxminən 200 kiçik müəssisə bu sınaqlara qoşulub. Nəticələr uğurludur, amma ödənişin məbləği ilə bağlı limit var. Yəni müəyyən məbləği (Azərbaycanda 50 manatdır) keçən ödənişlər üçün şifrə daxil etmək lazımdır. Odur ki, pos-terminalsız yalnız həmin məbləğə qədər əməliyyat aparmaq mümkündür”.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ