09/12/2019 18:56
728 x 90

Azərbaycan Çində ikinci Ticarət Evi açır...

img

Azərbaycan Çində ikinci Ticarət Evi açacaq. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.

“Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyi, Veynan İqtisadi və Texnoloji İnkişaf Zonası və “Xian Camel Guest E-Commerce Co.Ltd.” şirkəti arasında Şaansi əyalətinin Veynan şəhərində Azərbaycan Ticarət Evinin yaradılmasına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb”, - deyə məlumatda bildirilir.

Memorandum 5-10 noyabr tarixlərində Şanxayda keçirilən II Çin Beynəlxalq İdxal Sərgisində imzalanıb. Sərgidə 26 Azərbaycan şirkəti iştirak edib.

Hazırda Çində 1 Azərbaycan Ticarət Evi və 2 Şərab Evi fəaliyyət göstərir.

Sərgi çərçivəsində Azərbaycan sahibkarları, həmçinin xarici həmkarları ilə ixraca dair müzakirələr aparıb, distribütorluq və alqı-satqı müqavilələri imzalayıblar.

Son xəbərlər