ünya Bankının (DB) yaydığı hesabata görə, Azərbaycan "Doing Business 2020" reytinqində 190 ölkə arasında 34-cü yeri tutub. Azərbaycan iqtisadiyyatının analoji istiqamətlərinin dəyərləndirildiyi hesabatda xarici neqativ təsirlərə qarşı ölkə iqtisadiyyatının dayanıqlığının gücləndirilməsi məqsədilə həyata keçirilən struktur islahatları yüksək qiymətləndirilib.
Bildirilib ki, hökumət tərəfindən maliyyə bazarlarının stimullaşdırılması məqsədilə davamlı olaraq həyata keçirilən tədbirlər öz müsbət təsirini göstərir. Belə ki, milli məzənnənin sabit qalması sayəsində son zamanlarda bank sektorunun gəlirliliyi artıb, yüksək kapitallaşma və problemli kreditlərin sayının azalması hesabına 2019-cu ilin ilk yarımilliyində sektorun göstəriciləri yaxşılaşıb.
Eyni zamanda, vurğulanıb ki, sosial-iqtisadi, maliyyə, vergi və digər istiqamətlərdə dövlət tərəfindən davamlı olaraq aparılan islahatlar fonunda ölkədə iqtisadi aktivlik daha da artacaq, aşağı səviyyəli inflyasiya qorunub saxlanılacaq və növbəti illərdə əhalinin yaşayış standartlarının davamlı olaraq yaxşılaşması təmin ediləcək.
Dünya Bankının son hesabatında Azərbaycanda keçirilən struktur islahatları müsbət dəyərləndirilib.
“Ümumdaxili məhsul istehsalında, məşğulluq sahəsində, inflyasiya göstəricisində, valyuta bazarının tarazlığında və digər sahələrdə dayanıqlığın...”
İqtisadçı-ekspert Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son zamanlar tərtib olunan beynəlxalq hesabatlarda Azərbaycan iqtisadi göstəricilərinə görə irəliləyib: “Beynəlxalq qurumlar tərəfindən keçirilən sorğularda hər il ölkəmiz irəliləyir. Sahibkarlığın inkişafı, biznesin fəaliyyətinin yüngülləşdirilməsi istiqamətində atılan addımlar müsbət dəyərləndirilir. Nəticədə isə Azərbaycan beynəlxalq maliyyə agentliklərinin hesabatlarında bir neçə pillə irəliləyir. Məlumdur ki, 2016-cı ildən etibarən ölkədə sürətləndirilən islahatlar öz hədəfinə uyğun həyata keçirilməkdə davam edir. Bu hal ölkə iqtisadiyyatında da özünü büruzə verir. Həm ümumdaxili məhsul istehsalında, məşğulluq sahəsində, inflyasiya göstəricisində, valyuta bazarının tarazlığında və digər sahələrdə dayanıqlıq davam edir. Bu da növbəti illər üçün nikbin proqnoz irəli sürməyə və qeyd olunan göstəricilər üzrə daha da müsbət nəticələrin baş verəcəyini indidən söyləməyə zəmin yaradır”.
Günel CƏLİLOVA