21/11/2019 00:40
728 x 90

Azərbaycanda tikinti materiallarının istehsalı nələrin hesabına belə sürətlə artır…

Ramil Osmanlı: “Tikinti materialları istehsalında artımın qeydə alınmasına baxmayaraq, bu sahədə qiymət dəyişikliyi yaşanmır”

img

"Azərbaycanda tikinti sektorunda, xüsusilə də tikinti materiallarının istehsalı sahəsində əhəmiyyətli artım müşahidə olunur". Bunu Bakıda keçirilən 25-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin ("BakuBuild 2019) açılışında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O bildirib ki, son beş il ərzində ölkədə tikinti materiallarının istehsalı 70 faizdən çox artıb: "Bu, iqtisadiyyatın prioritet sahəsinin yüksək artım dinamikasını təsdiq edən yaxşı göstəricidir. Göstərilən müddət ərzində Azərbaycanın 17 tikinti şirkəti investisiya sənədləri alıb ki, bu da müsbət nəticədir".

Məlumdur ki, Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına böyük diqqət ayrılır. Tikinti sənayesi də qeyri-neft sektorunun əsas sahələrindən biri sayılır.

Tikinti materiallarının istehsalının artması tikinti sektorunun inkişafına necə təsir edəcək?

  • “…stimullaşdırıcı addımlar atılmalıdır”

Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son illər tikinti materiallarının istehsalında artım qeydə alınır.: “Tikinti materialları istehsalında artımın qeydə alınmasına baxmayaraq, bu sahədə qiymət dəyişikliyi yaşanmır. Hətta bəzi yerli istehsal məhsullarının qiymətində artım qeydə alınıb. İstehsalın artımı ilə yanaşı, stimullaşdırıcı addımlar atılmalıdır. Qiymət artımına səbəb olan amillər araşdırmalı, bu sahədə yaşanan problemlər aradan qaldırılmalıdır. Yerli istehsalın həcminin artmasına, idxalın azalmasına baxmayaraq, bu sahədə qiymətlər stabil olaraq qalır. Bu hal tikinti sektoruna hər hansı bir təsir etməyib”.

Həmsöhbətimiz hesab edir ki, tikini materiallarının maya dəyəri aşağı düşərsə, bu hal tikinti sektorunun inkişaf etməsinə səbəb ola bilər. Əks təqdirdə tikinti sektorunda hər hansı bir inkişaf qeydə alınmaz.

Günel CƏLİLOVA

Son xəbərlər