19/10/2019 17:00
728 x 90

Azərbaycan və Türkiyə preferensial ticarət barədə saziş imzalaya bilər

img

Azərbaycan və Türkiyə preferensial ticarət barədə sazişin layihəsini hazırlayır. “Trend”in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O bildirib ki, bu cür saziş artıq Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında imzalanıb. Bu sazişə əsasən, Naxçıvan MR-dən Türkiyəyə məhsullar güzəştli şərtlərlə tədarük olunacaq.

Nazir müavini əlavə edib ki, Naxçıvan MR-in blokada vəziyyəti ilə əlaqədar regionun iqtisadiyyatı Azərbaycanın ümumi iqtisadiyyatından fərqlənir: “Bununla əlaqədar olaraq yeni sazişin özünəməxsus xüsusiyyətləri olacaq”.

Son xəbərlər