Cümə günü, 16 oktyabr 2026
     

Nəqliyyat dəhlizləri Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə yeni imkanlar açdı…

Image


Azərbaycanın coğrafi mövqeyi və burada qurduğu nəqliyyat infrastukturu bu gün həm Qərbdə, həm də Asiyada xüsusi diqqətlə izlənilir. Belə görünür ki, bu prosesdə indi dünyanın iqtisadi güc mərkəzləri ölkəmizlə işbirlyini genişləndirməyi düşünür. Söhbət ilk növbədə Avropadan, Rusiyadan, Çindən, Hindistandan gedir.

Ekspertlər hesab edir ki, atılan addımlar və görülən genişmiqyaslı işlər sayəsində yaxın tezlikdə Azərbaycan dünya üçün daha mühüm nəqliyyat qovşağına çevrilməklə yanaşı, həm də beynəlxalq yükdaşımalardan külli miqdarda gəlir əldə edəcək. Bütün bunlar təsadüfi sayılmır. İlk növbədə o baxımdan ki, Bakı-Tiflis-Qars dəmir yolunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikilib istifadəyə verilməsi və azad iqtisadi zonanın yaradılması Azərbaycanı Mərkəzi Asiyanı Qərblə, o cümlədən Avropa İttifaqı ilə, Cənubi Asiyanı, ilk növbədə də İran və Hindistanı Şimalla birləşdirən nəqliyyat qovşağına çevirib. Bu fonda xüsusi diqqət cəlb edən məqamlar isə “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləridir.

Hazırda “Şimal-Cənub” dəhlizinin tam işə düşməsi, demək olar, bütün Avrasiya məkanında böyük səbrsizliklə gözlənilir. “Şimal-Cənub” dəhlizinin tam işə düşməsi üçün Rəşt-Astara dəmir yolunun tikintisinin tam yekunlaşması zərurətdir. Hazırda yolun tikintisi sürətlə həyata keçirilir və bundan sonra Hindistan yüklərinin Azərbaycan üzərindən şimala daşınmasına başlanacaq. Onu da bildirək ki, "Şimal-Cənub" dəhlizi Hindistan və Cənubi-Şərqi Asiya ölkələrindən gələn yüklərin İranın Bəndər-Abbas limanından Azərbaycan üzərindən daşınmasını təmin edəcək. Bu marşrut üzrə ildə 10-15 milyon ton yük daşınması planlaşdırılır və Azərbaycan tranzitdən çox böyük gəlirlər əldə edə bilər. Bu dəhlizlə Cənub-Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcək. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 kilometr daha az məsafə qət ediləcək. Eyni zamanda, daşıma müddəti 20 gün azalacaq. Belə ki, “Şimal-Cənub” dəhlizi Hindistan-İran–Azərbaycan–Rusiya–Skandinaviya və Şimalı Avropa marşrutu üzrə fəaliyyət göstərir. Qeyd edək ki, Hindistanla yanaşı, Sinqapur və Malayziya da “Şimal-Cənub” dəhlizinə maraq göstərir. Bu ölkələrin böyüyən iqtisadiyyatı və Avropa dövlətləri ilə ticarət əlaqələrinin genişlənməsi nəqliyyat probleminin həllini tələb edir. Belə vəziyyətdə "Şimal-Cənub" həmin ölkələr üçün alternativsiz seçim sayılır. Bundan əlavə, “Şimal-Cənub” dəhlizi sayəsində keçmiş SSRİ məkanından Azərbaycana daxil olan qatarların qısa zaman kəsiyində İran və Anadolu məkanına çatması təmin olunub. Belarusun, Baltikyanı dövlətlərin və Finlandiyanın “Şimal-Cənub” dəhlizinə maraq göstərmələri isə onun əhəmiyyətini daha da artırır.

“Şərq-Qərb” dəhlizi barədə də eyni sözləri demək mümkündür. Sözügedən dəhlizin həyata keçirilməsi istiqamətində Azərbaycanın atdığı ən mühüm addımlardan biri Bakı-Tiflis-Qars dəmir yolu layihəsidir. Bu, “Şərq-Qərb”  nəqliyyat dəhlizinin əsas hissələrindən biri hesab olunur. Qeyd edək ki, “Şərq-Qərb” dəhlizi Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa marşrutu üzrə hərəkət edir, Çindən Avropaya və əks istiqamətə yüklərin daşınmasını nəzərdə tutur. Bu layihə Çinin irəli sürdüyü “Bir kəmər-bir yol” layihəsində Orta Dəhliz adlanan hissəni təşkil edir və Azərbaycan bu layihədə ən mühüm tərəfdaşlardandır. Məhz Azərbaycanın iradəsi ilə həyata keçirilən Bakı-Tiflis-Qars dəmir yolu “Şərq-Qərb” dəhlizinin, ümumilikdə “Bir kəmər-bir yol” layihəsinin həyata vəsiqə almasını sürətləndirdi.

 Ümumiyyətlə, belə hesab edilir ki, “Şimal-Cənub”, “Şərq-Qərb”, Bakı-Tiflis-Qars, “Cənub-Qərb” və “Lapis Lazuli” beynəlxalq nəqliyyat dəhlizlərinin qovuşduğu məkanda yerləşən Azərbaycan Avropa ilə Asiyanı birləşdirən logistik zəncirin əsas halqasına çevrilmək üçün hər cür şəraitə malikdir. Elə bu da Azərbaycana beynəlxalq diqqəti əhəmiyyətli dərəcədə artırır. Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskasın səsləndirdiyi fikirlər də təsdiq edir. Onun sözlərinə görə, Azərbaycan regionda nəqliyyat qovşağı olmaq istiqamətində mühüm addımlar atır:  “Bunun mənası odur ki, bütün nəqliyyat xətləri Azərbaycanda kəsişir. Şimal, Cənub, Şərq və Qərbi Avropa İttifaqı olaraq biz təkcə Şərq və Qərb nəqliyyat yollarının deyil, eyni zamanda Şimal və Cənub yollarının da Azərbaycanda kəsişməsində maraqlıyıq. Bu həmin nəqliyyat qovşağının necə əlaqəli işləməsini göstərir. Biz Azərbaycanda daha çox yolların kəsişməsini dəstəkləyirik. 

İkincisi, mən bildiyim qədər, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı bu prosesə dəstək verməyə hazırdır. Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəklədiyi Gəncədən-Tiflisə gedən yolun sərhədə qədər olan hissəsinin yekunlaşdırılması işləri gedir. Həmçinin ADB Bakı-Yalama dəmiryolu xəttinin reabilitasiyasının həyata keçirilməsinə dəstək verir. İnanıram ki, Azərbaycan daha böyük dəstək istəsə, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankı dəstək verə bilər. Biz öz ortaq maraqlarımız naminə Azərbaycana dəstək verməyə hazırıq”. Beləliklə, Azərbaycanın nəqliyyat sahəsində həyata keçirdiyi siyasət Avropada da xüsusi diqqətlə izlənir və Avropa ölkələri bu səpkidə Azərbaycanla işbirliyini genişləndirməyə hazırdır. Mürəkkəb regionda geostrateji qütblər arasında münasibətlərin daha da kəskinləşdiyi bir vaxtda Azərbaycana belə diqqət ayrılması isə rəsmi Bakının mühüm uğuru sayıla bilər. Belə vəziyyət ölkəmizin yerləşdiyi coğrafiyada ümumi təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Eləcə də bu nəqliyyat layihələrinin reallaşdırılması ilə ölkəmiz beynəlxalq tranzit mərkəzə çevrilməklə yanaşı, iqtisadi tərəqqisini daha da sürətlənəcək.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ