23/11/2019 05:15
728 x 90

Mühüm olan daha bir göstərici üzrə Azərbaycan MDB-də ikinci yerə yüksəldi

“Hesab edirəm ki, bu çox yaxşı göstəricidir”

img

Prezident İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli Sərəncamı ölkədə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində 2019-cu ilin elə ilk aylarından atılan inqilabi addımların davamıdır. Sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq.

Yeni “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edir və bu istiqamətdə cari il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərir.

Belə ki, bundan əvvəl dövlət başçısının cari il fevralın 8-də imzaladığı sərəncamla da minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmış, bu artım 600 minədək insanı əhatə etmişdi. Göründüyü kimi, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılması kimi əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verib.

Sərəncamdan sonra Azərbaycan MDB məkanında minimum əməkhaqqının səviyyəsinə görə ikinci yerə yüksələcək. Yəni artımdan sonra Azərbaycan MDB ölkələri arasında əhalinin alıcılıq qabiliyyətinə görə (PPP) 2-ci yerdə qərarlaşacaq. Bu da çox mühüm göstəricidir.

Maraqlıdır, bəs ekspertlər bunu necə şərh edirlər?

  • Əli Əlirzayev: “Fikrimcə, MDB ölkələri arasında bu cür yerə sahib olmaq böyük uğurdur”

Məsələyə münasibət bildirən  iqtisadçı-alim Əli Əlirzayevin sözlərinə görə, sentyabrın 1-dən etibarən qüvvəyə minəcək artımdan sonra Azərbaycan MDB məkanında maaş artımına görə 2-ci yeri tutacaq: “Hesab edirəm ki, bu çox yaxşı göstəricidir. Əməkhaqlarının əhəmiyyətli artımı sayəsində əhalinin alıcılıq qabiliyyətinin artması ilə yanaşı, iqtisadi aktivlik də artacaq. Minimum aylıq əməkhaqqının artması orta aylıq maaşın artmasına təsir edəcək. Bu da ölkə iqtisadiyyatında inkişafı, əhalinin rifahını təmin edir. Minimum aylıq əməkhaqqı qalxanda digər əməkhaqları, minimum pensiyalar və digər pensiya növləri də qalxacaq. Fikrimcə, MDB ölkələri arasında bu cür yerə sahib olmaq böyük uğurdur. Əməkhaqlarının artırılması, istənilən halda, ölkə üçün şərəf gətirir. Bu o deməkdir ki, insanların həyat səviyyəsi yüksəlir, sosial məsələlər qabağa çəkilir. İnsanlarda stimul yaranır, alıcılıq qabiliyyəti artır. Ona görə də bütün bu artımları yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bütün bunların müsbət iqtisadi effekti olacaq. Əhalinin rifah halı daha da yüksələcək. Ölkə Prezidenti tərəfindən bu yöndə aparılan uğurlu sosial siyasət öz bəhrəsini verir”.

Vidadi ORDAHALLI

Son xəbərlər