18/09/2019 05:44
728 x 90

Lombard əmanətləri də sığortalanacaq…

“Lombarda girov kimi qoyulan əşyaların sığortalanması vətəndaşların xeyrinə olacaq”

img

Xəbər verildiyi kimi, Azərbaycanda lombardlara girov qoyulan əşyalar sığortalanacaq. Bu barədə yeni hazırlanan “Lombardlar haqqında” qanun layihəsinin 7-ci maddəsində (Girov qoyulan və ya saxlamaya qəbul edilən əşyanın sığortalanması) bildirilib.

Sənəddə qeyd edilib ki, lombard girova qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyanı, həmin əşyanın bu qanunun 6-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qiymətinin tam məbləğində öz vəsaiti hesabına, müştərinin xeyrinə, əşyanın mənimsənilməsi, israf edilməsi, zədələnməsi, məhvolma və itirmə risqindən sığortalamalıdır.

Lombard öz vəsaiti hesabına girov qoyulmuş, ya saxlamaya qəbul edilmiş əşyaları digər risqlərdən sığortalaya bilər.

Ekspertlər lombarda qoyulan zinət əşyasının sığotalanmasının tərəfdarıdırlar. Məlumdur ki, lombarda qoyulan qızıl əşyaları ilə bağlı dəfələrlə xoşagəlməz xəbərlər yayılıb. Bəzən müştərilər lombarda qoyulan qızılın ya dəyişdirildiyini, ya da həmin zinət əşyasının qaşlarının dəyişdirildiyini iddia edirlər. Bu kimi halların yaşanmaması üçün lombarda qoyulan qızıllar artıq sığortalanacaq.

  • Fuad İbrahimli: “Bəzən insanlar pulu gətirib girov qoyduğu qızıl-zinət əşyalarını götürmək istəyəndə…”

Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Fuad İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda vətəndaşlar lombardların fəaliyyətindən narazıdırlar: "Lombardlarla bağlı çoxlu şikayət daxil olur. Lombard rəhbərləri camaatı incidirlər. Bəzən insanlar pulu gətirib girov qoyduğu qızıl-zinət əşyalarını götürmək istəyəndə lombardlar guya həmin əşyaları satdıqlarını deyirlər, ya da daş-qaşların dəyişdirilməsi halları ilə üzləşirlər. Bunların hamısı dələduzluqdur və Cinayət Məcəlləsinə uyğun cəza verilməlidir. Vətəndaşların bu kimi xoşgəlməz hallarla qarşılaşmaması üçün lombarda qoyulan qızıl və digər əşyalar sığortalanmalıdır. Zinət əşyaları sığorta olunarsa, vətəndaşa dəyən ziyan sığorta şirkəti tərəfindən ödəniləcək”. 

Həmsöhbətimiz onu da vurğuladı ki, "Lombardlar haqqında" qanun layihəsi lombardların fəaliyyətini tənzimləmək baxımından böyük addımdır.

Günel CƏLİLOVA

Son xəbərlər