Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycan Rusiya bazarlarında bəzi məhsullar üzrə Çinin dominantlığına son qoyacaq

Image


Digər sferalarla yanaşı, bu gün Rusiyanın iqtisadi müstəvidə Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə can atması aydın müşahidə olunur. Rusiya mərkəzi hakimiyyəti, eləcə də onun ayrı-ayrı regionları son dövrlərdə bu istiqamətdə xüsusi fəallıq nümayiş etdirir. Elə bunun nəticəsidir ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə xidmət edən yeni razılıqlar əldə olunur, qarşılıqlı ticarət dövriyyəsinin həcmi genişlənir.

İndilikdə isə belə bəlli olur ki, Rusiya Azərbaycandan daha çox məhsul alınmasında maraqlıdır. Bu isə qeyri-neft sektoru üzrə Azərbaycana əlavə imkanlar qazandırır. Çünki Rusiya Azərbaycandan əsas etibarı ilə məhz qeyri-neft sektoru üzrə istehsal edilən məhsullar, o cümlədən ərzaq məmulatları alır. Rusiyanın iqtisadi İnkişaf naziri Maksim Oreşkin də vurğulayır ki, ölkəsi Azərbaycandan ərzaq məhsulları idxalını artırmaq niyyətindədir. Nazir hazırda Azərbaycandan ərzaq məhsulları tədarükünün artım tempinin yaxşı səviyyədə olduğunu bildirib. M.Oreşkinin sözlərinə görə, mövcud vəziyyətə əsasən, Rusiya bazarında  Türkiyə və Çin məhsulları üstünlük təşkil edir. Nazir əlavə edib ki, Rusiya tərəfi Azərbaycan məhsullarının Rusiya bazarlarına hansı həcmdə tədarükünün mümkün olduğunu göstərmək istəyir.  Hesab edilir ki, bu baş tutarsa, Azərbaycan məhsulları Rusiya bazarlarında Türkiyə və Çin məhsullarını sıxışdıra bilər. Maksim Oreşkin onu da bildirib ki, Azərbaycanla Rusiya arasında çox səmərəli iqtisadi münasibətlər bərqərar olub, hazırda qarşıya müxtəlif sahələrdə çoxşaxəli layihələr həyata keçirmək vəzifəsi qoyulub: “Təqribən ilyarım əvvəl köklü dönüş əldə olunub. Bütün əlaqələrimizi, problemlərin həlli mexanizmlərini yenidən qurduq, nəticədə ticarət dövriyyəmiz sürətlə artır. Bu müsbət meyli daim gücləndirəcəyik. Hazırda qarşıya qoyulan vəzifə müxtəlif sahələrdə çoxşaxəli layihələr həyata keçirməkdir ki, qüvvələrimizi bu istiqamətə yönəldəcəyik”.

Xatırladaq ki, Azərbaycanın ərzaq məhsulları, xüsusən də kənd təsərrüfatında istehsal edilən məhsullar keyfiyyətinə görə Türkiyə və Çini çox geridə qoyur. Azərbaycan tərəfi isə məhsulların hazırlanması, logistikası və emalını təmin etməyə, onların vaxtında Rusiya bazarına çıxarılması üçün bütün lazımi addımları atmağa hazır olduğunu bəyan edir. Moskva vilayətinin kənd təsərrüfatı və ərzaq məhsulları naziri Andrey Razin də vurğulayır ki, Azərbaycan məhsullarına Rusiya bazarında böyük maraq var: “Bir qrup insan Rusiyada məhz Azərbaycan məhsullarına üstünlük verir. Bu planda iki ölkə arasında ticarət dövriyyəsi artmaqdadır. Buna həm də nəqliyyat koridorlarının artması və körpünün inşası təkan verir”. O qeyd edib ki, Rusiya üçün Azərbaycan bazarı maraqlı olduğu kimi, Azərbaycan vasitəsilə açılan digər ölkələrin bazarları da cəlbedicidir. Azərbaycan məhsullarının Moskva vilayətində kifayət qədər təqdim olunması ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, məhsullar yetərincədir: “Tələb olunan məhsullar icərisində üstünlük meyvə-tərəvəzə verilir. Bu, Azərbaycan məhsullarının ilk öncə keyfiyyətcə tanınmasıdır. Tələb var, təklif isə artmalıdır. Azərbaycan Rusiya məhsullarının dünya bazarına çıxmasında da böyük rol oynayır. Belə ki, Azərbaycan vasitəsilə Rusiya istehsalının İrana, oradan da Hindistana kimi yayılma imkanı var. Bu baxımdan Azərbaycan Rusiya üçün nəqliyyat-loqistika məkanına çevrilə bilər. Bu isə iki ölkə arasında ticariyyət dövriyyəsinin son dərəcə artımına səbəb olacaq”. 

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov da ikitərəfəli iqtisadi əməkdaşlıqdan razı qaldıqlarını bildirib: "Əlaqələrimiz sabit şəkildə inkişaf edir. Buna heç bir şübhə yoxdur. Dostluq ab-havası var. Bütün istiqamətlərdə irəliləyirik". Səfir bildirib ki, ticarət ikitərəfli əməkdaşlığın əsas sahələrindən biridir: "Rusiya statistikasına əsasən, bu ilin yanvar-mart aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi yarım milyard dolları keçib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 10 faiz çoxdur. Müqayisədə üçün onu da deyim ki, keçən il ticarət dövriyyəsi 2 milyard 400 milyon dollar təşkil edib. Bu rəqəm də 2017-ci ilin göstəricisindən 13 faiz çoxdur. Ticarətimiz qeyri-neft sektoru üzərində qurulub. Bura kənd təsərrüfatı, maşınqayırma və sair daxildir".

Qeyd edək ki, Rusiya tərəfindən QAZ markalı avtomobillərin üçüncü ölkələrə ixracı üçün bünövrə olaraq qəbul edilən Hacıqabul Sənaye Məhəlləsindəki sözügedən müəssisəyə 14 milyon manat həcmində sərmayə yatırılması nəzərdə tutulub. Həmin müəssisədə “GAZel Next”, “GAZel Business” yüngül tutumlu, “GAZon Next” orta tutumlu yük avtomobilləri yığılacaq.

Burada bir məsələni də qeyd edək ki, perspektivdə Rusiya ticarət dövriyyəsinin artımı fonunda Azərbaycanla hesablaşmaları milli valyutalar üzərindən aparmağı düşünür. Rusiyanın “Sberbank” bankının rəhbəri German Qref də bunu mümkün sayır və qeyd edir ki, Rusiya ilə Azərbaycanın ticarət əməliyyatlarındakı hesablaşmaları milli valyutalara keçirmək mümkündür: “Məncə, bu çox düzgün addım olardı. Hərçənd, çox tez həyata keçirilə bilməz, bunun üçün müvafiq infrastruktur yaradılmalıdır. Özü də söhbət təkcə ödəniş sistemindən getmir, onu tez bir zamanda dəyişdirmək olar, əsas məsələ ortaya çıxan valyuta risqlərinin sığortası, yəni hedcinqi, bu risqləri bazar vasitələri ilə sığorta etmək imkanı yaradan maliyyə alətlər bazarıdır. Amma istiqamət çox düzgün götürülüb və sözsüz ki, gələcəkdə bunlarda iştirak edəcəyik. Fikrimcə, bunun üçün beş il vaxt lazım gələcək”. Hazırda iki ölkə arasındakı bəzi mal növlərinin dövriyyəsi ilə bağlı qarşılıqlı hesablaşmalar milli valyutalarda aparılır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ