Rusiya və Azərbaycan yol xəritəsi çərçivəsində əczaçılıq sahəsində birgə müəssisələrin yaradılması üzrə birgə mexanizmlər hazırlayır. “Trend”in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov iyunun 10-da keçirilən mətbuat konfransında deyib.
Səfir bildirib ki, hazırda birgə müəssisənin yaradılması üzrə işlər başa çatmaq üzrədir: “Rusiyanın “RFarm” şirkətinin və Azərbaycan dərman istehsalı şirkətinin iştirakı ilə yaradılan müəssisə “Həyat Farm” adını daşıyacaq”.
Onun sözlərinə görə, birgə müəssisənin bu ilin sonuna və ya 2020-ci ilin əvvəlinədək yaradılması gözlənir.