Cümə günü, 16 oktyabr 2026
     

Keçmiş bank kollektorlarının dəhşətli cinayətləri - banklar hətta residivistləri müştərilərin üstünə yönəldirmiş…

Image


Məlum olduğu kimi, bir müddət əvvəl ölkənin bank sektoru ilə əhali arasında ciddi problem yaranmışdı. Ölkədə baş verən gözlənilməz iki devalvasiya hadisəsindən sonra əhalinin çox böyük bir təbəqəsi dollarla olan kreditləri banklara geri qaytarmaqda çətinliklər çəkdi. Bunun da nəticəsində ölkədə problemli kreditlərdən əziyyət çəkən böyük bir vətəndaş ordusu yarandı.

Həmin müddət ərzində banklar əhaliyə heç bir güzəşt etməmək yolunu tutdular. Onlar əhalidən müxtəlif üsullarla pullarını geri almaq üçün baş sındırırdılar. Bunların heç biri fayda vermədikdə isə vətəndaşlar məhkəmələrə verilirdi. Həmin müddət ərzində əmlakı müsadirə edilən, hətta  krediti ödəmədiyinə görə həbsə salınanlar da olub. Nəhayət, problemin ciddi xarakter aldığını görən ölkə rəhbərliyi bu məsələyə əncam çəkmək yolunu tutdu. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə vətəndaşların kredit borcları ilə bağlı ciddi güzəştlər tətbiq edildi. Devalvasiyadan sonra bankların əhalidən aldığı pulun böyük hissəsi kompensasiya şəklində vətəndaşlara qaytarıldı.

Ancaq buna qədərki dövrü tədqiq edəndə məlum olur ki, banklar onlara borcu olan vətəndaşlara qarşı çox böyük qanunsuzluqlara yol veriblər. Belə hərəkətlərin də əksəriyyəti vətəndaşla bank arasında borcun alınması üçün istifadə edilən kollektor şirkətlər tərəfindən edilib. Həmin vaxt ölkədə banklarla bağlı geri qaytarılmayan kredit və borc problemi həll edilmədikcə, kollektorlarla bağlı dəhşətli nüanslar ortaya çıxırdı. Edilən şikayətlərdən məlum olurdu ki, kollektorlar banklarla əlbir olaraq kreditini geri qaytara bilməyən vətəndaşa hədə-qorxu gəlmək və başqa qanusuz üsullarla pulu tələb edirdilər. Ən maraqlısı isə budur ki, banklar bu qanunsuz fəaliyyətə qoluzorlu idmançıları, hətta bir neçə dəfə residiv əməl törətmiş keçmiş məhkumları da cəlb edirdilər. Aparılan araşdırmalar zamanı məlum olub ki, kollektor adı ilə fəaliyyət göstərən şəxslər borclu vətəndaşlara qarşı olmazın cinayətlər ediblər. Borclu olan xanımları ofisə dəvət edib, onlara qarşı nalayiq hərəkətlərə yol verib, sonra videoya çəkib, “borcunu qaytarmasan bunu yayacayıq” deyənlər də olub. Vətəndaşı yolun ortasında avtomobilindən düşürüb, sonra döyüb avtomobilini əlindən alanlar, heç bir məhkəmə sanksiyası olmadan, borclunun evinə girib istədiyi əşyanı götürüb aparanlar da qanunsuz fəaliyyət göstərən banka məxsus qoçu dəstələrin əməlləri sırasına aiddir. Maraqlıdır ki, ölkədə kollektorların fəaliyyəti qanunla tənzimlənməsə də, vətəndaşa qarşı təzyiq və təhdidlərlə məşğul olan həmin qurumlar edilən şikayətlərə baxmayaraq, hər hansı məsuliyyətə də cəlb olunmurlar. Bu sahənin ekspertləri hesab edirlər ki, kollektor adı ilə fəaliyyət göstərən şəxslərin əməlləri qanunsuzdur. Çünki banklar problemli borc işini kollektor qurumuna verəndə bank sirrini pozmuş olurlar. Həm banklar haqqında qanuna, həm də Mülki Məcəlləyə görə, bankla olan istənilən əməliyyat haqqında, kredit haqqında məlumatı yalnız müştərinin özünə vermək olar, bir də müəyyən dövlət orqanlarına. Kollektor  qurum olaraq bunların heç birinə aid deyil. İlk növbədə burada bank sirri pozulur. Digər ölkələrdə icazə verilir ki, kollektora həmin məlumatlar verilsin. Amma həmin ölkələrdə də kollektorların fəaliyyəti qanunla tənzimlənir. Xarici ölkələrin iş prinsiplərindən məlumdur ki,  hər kəs kollektor işi ilə məşğul ola bilməz. Birinci növbədə onun özünün pulu olmalıdır. Müəyyən nizamnamə kapitalı olmalıdır ki, bilinsin, bu insanlar ciddi insanlardır, quldurlar, residivist cinayətrkarlar deyil. İkinci məsələ odur ki, kollektorların təhsilinə, təcrübəsinə qanun müəyyən tələblər qoyur, qanunda müəyyən məhdudiyyətlər olur. Hansısa cinayətə görə məhkum olunmuş şəxs kollektor işləyə bilməz. Yəni bütün bu məhdudiyyətlərə cavab verən şəxslər xaricdə kollektor ola bilərlər. Xaricdə qanunlar tənzimləyir ki, kollektor hansı yolla, hansı üsullarla hansı vətəndaşlardan borcu tələb edə bilər, gün ərzində vətəndaşa neçə dəfə zəng etmək hüququna malikdir, necə danışmalıdır və sair. Hətta orada vətəndaşa da ixtiyar verilir ki, kollektorla olan görüşünü videoya çəkə bilsin. Qanun bunların hamısını tamamilə tənzimləyir, bizdə bunların heç biri yoxdur. Azərbaycanda kollektorun nizamnamə kapitalı yüz manatdır, yəni pulları yoxdur. İlk gündən ona istiqamətləniblər ki, camaatın pulunu əllərindən alsınlar. İstədikləri vaxt vətəndaşlara zəng edirlər, söyürlər, qorxudurlar, evinə gedirlər, döyürlər, saxlayırlar. Hətta ölkədə kollektorlardan biri bir müddət əvvəl vətəndaşdan böyrəyini satmağı istəmişdi. Bu baxımdan, kollektor fəaliyyətinin tənzimlənməsi ortaya ciddi məsələ kimi çıxır. Problermli kreditlərin mövcudluğunun ən qızğın vaxtında kollektorlar borcluların başına min oyun açıb və təəssüf ki, bütün bunlar cəzasız qalır. Kollektorların müştərilərin başına açdığı oyunlara hansı formada hüquqi qiymət verilməlidir?

  • Aydın Hüseynov: “Belə hərəkətlər olubsa…”

Millət vəkili, iqtisadçı Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə rəhbərliyi tərəfindən vətəndaşların problemini aradan qaldırmaq istiqamətində ciddi addımlar atılıb: “Bilirsiniz ki, Prezidentin müvafiq fərmanı ilə 10 min dollara kimi borcu olan vətəndaşlarla bağlı çox humanist addım atıldı. Bununla bağlı olan bütün prosedurlar birtərəfli qaydada ləğv edildi. Hətta problemli kreditlərlə bağlı məhkəmələrin gedişinə belə son qoyuldu. O ki, qaldı bankların həm keçmişdə, həm də indiki dönəmdə öz borclarını qanunsuz üsullarla tələb etməsinə, bu yolverilməzdir. Banklarımız bu cür məsələlərdə qanuni tələblərə riayət etməlidirlər. Vətəndaşın bank qarşısında hər hansı öhdəliyinin olması heç də o anlama gəlmir ki, ondan pulu qanunsuz elementlərin təzyiqi ilə almalısan. Bunun üçün qanunun tələbləri mövcuddur. İnsanı hədələmək, şantaj etmək isə cinayətdir. Banklar çalışmalıdırlar ki, müştəri ilə dil tapsınlar. Ölkə rəhbərliyi belə humanist addım atırsa, banklar nədən sərt və hətta cinayət üsullarından istifadə etməlidir? Bu heç də o demək deyil ki, müştərilər də götürdüyü öhdəlikləri yerinə yetirməkdən əsaslı səbəblər olmadan boyun qaçırmalıdırlar. Vətəndaşa hədə-qorxu gəlmək, onunla başqa üsullarla danışmaq qəti şəkildə yolverilməzdir. Belə hərəkətlər olubsa, onu edənlər, mütləq mənada, qanun qarşısında cavab verməlidirlər”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ