Azərbaycanda 1 trilyon kubmetrə yaxın aşkar olunmamış qaz ehtiyatları var. “Trend”in məlumatına görə, bunu Qaz İxracatçıları Forumunun baş katibi Yuri Sentyurin Bakıda 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında bildirib.
O deyib ki, ölkədə 1,4 trilyon kubmetrdən çox təsdiq olunmuş qaz ehtiyatları var: “Ehtimal olunur ki, aşkar olunmamış qaz ehtiyatlarının həcmi 1 trilyon kubmetrə bərabərdir. Ölkə Xəzər regionunda vacib qaz tədarükçüsünə çevrilir və ixrac potensialını fəal şəkildə genişləndirir".
Baş katib hesab edir ki, “Abşeron” yatağının işlənilməsinin birinci mərhələsi 2023-cü ildə başlayacaq, 2025-ci ilədək isə burada hasilat beş milyard kubmetrə çatacaq.