Bazar ertəsi günü, 26 oktyabr 2026
     

"Bank of Azerbaijan"ın ardınca daha 5-7 bank...

Image


Cari il ərzində ölkənin bank sektorunda ciddi islahatlara başlanması gözlənir və əslində, bu sahədə ilkin adımlar da atılıb. Artıq məlumat verildiyi kimi, xeyli müddətdir fəaliyyət göstərən, lakin son illərdə öhdəliklərini yerinə yetirməkdə ciddi çətinliklər yaşayan "Bank of Azerbaijan"ın lisenziyası ləğv edilib.
Mərkəzi Bankın İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalı 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Bank of Azerbaijan" ASC-nin bank lisenziyası ləğv edilib.
Mərkəzi Bank tərəfindən banka müvəqqəti inzibatçı təyin edilib. Ölkənin baş bankı onu da bildirir ki, "Bank of Azerbaijan" ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək. Ekspertlər öhdəliklərinin icarsında əziyyət çəkən digər bankların da fəaliyyətinin dayandırılmasını və ya onların birləşdirilməsini zəruri hesab edir. Belə görünür ki, müvafiq rəsmi dairələr artıq bu istiqamətdə zəruri addımlar atmağa hazırlaşır. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bunun ilkin anonslarını da verib. Onun sözlərinə görə, Azərbaycan banklarında konsolidasiya prosesi baş verəcək. E.Rüstəmov bildirib ki, zəif banklar birləşməlidir və bu bankların birləşməsi əhalidə də rahatlıq yaradacaq. Baş bankirin sözlərinə görə, zəif bankların birləşməsi beynəlxalq banklar üçün də əlverişlidir: "Bu, bankların kredit cəlb etməsinə köməklik göstərəcək. Mərkəzi Banka bununla bağlı müraciət daxil olub. Söhbət 5-7 bankın konsolidasiyasından gedir". Beynəlxalq miqyasda da zəif bankların birləşdirilməsi zəruri sayılır. Məsələn, bir müddət əvvəl Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin dövlət idarəçiliyi, maliyyə və ticarət sektoru şöbəsinin direktoru Betti Uilkinson bildirib ki, Azərbaycanda bankların konsolidasiyası həyata keçirilməlidir. Betti Uilkinson deyib ki, Azərbaycan kimi ölkə üçün 45 bank çoxdur: "İlk növbədə, bank sahəsində idarəetmə sisteminin nə dərəcədə yaxşı təşkilinə və bankların hansı maliyyə mənbələrinin olduğuna baxmalıyıq. Onların müştəri bazasına və inkişaf strategiyasına baxmaq, sonra kiçik bankları daha böyük banklarla birləşdirmək lazımdır". Məsələ milli valyutanın "üzən məzənnə" rejiminə keçirilməsindən sonra daha da aktuallaşıb.
Əslində Azərbaycanda bankların sayının həddən artıq çox olduğu indiyə qədər də dəfələrlə vurğulanıb. Məsələ burasındadır ki, bank sektorunun 90%-dən çoxu 25 bankın payına düşür və deməli bankların sayı yarıbayarı azalmalıdır. Bu fonda iqtisadçılar hesab edir ki, bankların konsolidasiyasına ehtiyac var. Çünki ölkə iqtisadiyyatının həcmini nəzərə aldıqda bankların sayının lazım olandan təxminən 1,5-2 dəfə çox olduğu üzə çıxır. Düzdür, bu qədər bankın olması bəlkə də rəqabət baxımından yaxşıdır, amma bu amil likvidliyə təsir edir, onu azaldır. Banklar müştərilər qarşısında öhdəliklərinə yüksək səviyyədə yerinə yetirə bilmir. Bu baxımdan bankların sayı azalmalıdır. Həmçinin o da faktdır ki, bankların sayı çox olsa da bu hal kredit faizlərinin indiyə qədər əhəmiyyətli dərəcədə ucuzlaması ilə müşayiət olunmayıb. Mütəxəssislər bildirir ki, bankların birləşməsini stimullaşdırmaq üçün onlara müəyyən güzəştlər olmalıdır. Məsələn, Mərkəzi Bank belə bankların aşağı faizli mərkəzləşdirilmiş kredit resurslarına çıxışını təmin edə bilər. Ekspertlərin fikrincə, bankların konsolidasiyası bazara müsbət təsir edə bilər. Elə banklar var ki, zərərlə işləyir. Zərərlə işlədiyi üçün əhalidən külli miqdarda əmanət toplaya bilmir və faizləri də yüksək verir. Banklar birləşdikdən sonra isə kapitalları çox olacaq, dövriyyə vəsaitləri, likvidlik artacaq.
Onda banklar kredit faizlərini də aşağı salmağa meylli olacaq. Bankların birləşməsi məsələsi bank sektorunun maliyyə dayanıqlığının təmin edilməsi üçün də əhəmiyyətlidir. Onu da bildirək ki, qonşu Rusiyada devalvasiyadan sonra bankların konsolidasiyası halları geniş yayılıb. Bu ölkədə milli valyuta - rublun təxminən 2 dəfə dəyərdən düşməsindən sonra bank xidmətlərinə tələbatın və bu sahədə gəlirliliyin azalması, kredit portfelinin keyfiyyətinin pisləşməsi, eləcə də əlavə kapital qoyuluşuna ehtiyac yaranması şimal qonşumuzun kredit təşkilatlarını birləşməyə vadar edib. Təkcə ötən ilin 9 ayında Rusiyada bankların birləşməsi, eləcə də alınıb-satılması ilə bağlı ümumi dəyəri 1,89 milyard dollar olan 37 sövdələşmə qeydə alınıb. Alınıb-satılan banklarla yanaşı, lisenziyası ləğv edilənlər də var və bütün bunlara paralel olaraq bankların sayı azalmaqdadır. Məsələn, 2014-cü ilin yekununda bu ölkədə 923 bank olduğu halda, ötən il noyabrın 1-nə olan məlumata görə, bankların sayı 834 olub. Rusiya bankları, bazarı tamamilə tərk etməkdənsə, konsolidasiyaya üstünlük verirlər. Analoji təcrübənin ölkəmizdə də tətbiqi zəruri sayılır və artıq bu istiqamətdə cari il ərzində zəruri addımların atılması gözlənir. Bütün bunlar isə nəticə etibarı ilə bank sektorunda mühüm yeniliklərin olacağını deməyə əsas verir.
Tahir TAĞIYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ