Ötən gündən etibarən Azərbaycan bankları valyuta dəyişmə məntəqələrində xarici valyutanın satışına limiti artırıb. Trend-in banklarda apardığı sorğu göstərir ki, bəzi kredit müəssisələri dolların alış limitini 2 mindən 5 min dollara kimi artırıb, başqaları isə limitsiz həcmdə valyuta dəyişməyə başlayıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) Trend-ə verilən məlumata əsasən, AMB tərəfindən xarici valyutanın satışına heç bir limit qoyulmayıb: "Bu hər bir bankın daxili qərarıdır”.
Qonşu ölkələrdə devalvasiya proseslərinin səbəb olduğu ajiotajı və nağd xarici valyuta defisitini aradan qaldırmaq üçün AMB bankların dollar tələbatını lazımi həcmdə təmin edir.