çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Çin böhranı bu ölkənin Azərbaycanla ticarətinə də təsir edəcək

Image


ABŞ və Avropa birjalarının ardınca Çində də birjalarda çöküş qeydə alınır. Ekspertlər hesab edir ki, vəziyyət bu şəkildə davam edərsə, Çinin dünya iqtisadiyyatı üçün böyük probemə çevrilməsi qaçılmaz olacaq. Ümumiyyətlə, yeni qlobal maliyyə böhranının məhz Çindən başlanacağına dair indi getdikcə daha çox fikirlər səslənir. Rəsmi Pekinin iqtisadi durumu düzəltmək üçün cəhdləri isə hələ də istənilən nəticəni vermir.
Şanxay birjasının indeksi 2007-ci ildən sonra ilk rekorduna imza ataraq 8,5% ucuzlaşıb. Hökumətin dəstəyinə baxmayaraq, indeksi sabit saxlamaq mümkün olmayıb. Bu durumda Çin Mərkəzi Bankı (ÇMB) iqtisadiyyata dəstək olmaq və maliyyələşməni stimullaşdırmaq məqsədilə uçot faiz dərəcəsi və məcburi ehtiyat normasını endirib. Bank əsas kredit dərəcəsini 4,6%-dək, məcburi ehtiyat normasını 18%-dək azaldıb. Bununla yanaşı, birillik depozitin gəlirliliyi 1,75% səviyyəsində məhdudlaşdırılıb. Bununla da Mərkəzi Bank son bir ildə uçot dərəcəsini artıq 5-ci dəfə azaldır. Amma Çində vəziyyət ağır olaraq qalır və bu, dünya iqtisadiyyatına da öz təsirini göstərir. Hətta neftin belə sürətlə dəyər itirməsi də məhz Çində baş verən proseslərlə əlaqələndirilir. Rusiya Qloballaşma və Sosial Hərəkatlar İnstitutu İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Vasili Kotlaşov da bildirib ki, neftin əlverişli qiymət diapazonu ilk növbədə Çin iqtisadiyyatında böhranın səviyyəsindən asılıdır: "Neftin ən aşağı qiymətlərini göstərmək çətindir. Bu, Çində hansı qərarların qəbul ediləcəyindən və Çin sənayesinin tənəzzül səviyyəsindən asılıdır. Real sektorda geriləmə üçün zəmin artıq var, Çinin daşınmaz əmlak bazarı çöküb. Bunun ardınca tikinti sektorunda kollaps başlayacaq, bu isə dünyadakı polad və digər xammalın miqdarının 40%-i deməkdir". Onun sözlərinə görə, Çinin iqtisadiyyatında böyük bir dəyişiklik yetişməkdədir, lakin Pekinin müvafiq ehtiyatları mövcuddur: "Çinlilər böhranın inkişafının qarşısını ala bilər, buna görə də 1 barrel neft üçün 35-45 ABŞ dolları üzrə aşağı qiymət diapazonunun olacağını gözləmək olar. Bu çox əlverişli olardı, lakin qiymət aşağı da ola bilər - 25-35 dollar".
V.Koltaşov onu da bildirir ki, Çin hökumətinin özü milli iqtisadiyyatdakı böhrana səbəb olub: "İndi Çini xilas etmək axmaqlıq olardı, Çünki o özü-özünü xilas etməlidir. Heç kim onu dünya iqtisadiyyatında sabitliyi pozmağa vadar etmirdi. Onlar daha əvvəl mövcud olan modeli qoruyub saxlamaq üçün bu addımı atıb. Mən Çində ciddi sosial sarsıntıların olacağını proqnozlaşdırıram".
Baş vernələri şərh edən "The Wall Street Journal" qəzeti qeyd edir ki, Çin bazarı real iqtisadiyyatla heç vaxt sıx bağlı olmayıb: "Eyni zamanda Çinin qlobal iqtisadi təsiri böyük olmayıb. Hər halda, Çin ABŞ və Avropa kimi tələbin yekun mənbəyi deyil, maliyyə sistemi dünyanın qalan hissəsindən ayrılıb. Ancaq Çin yeni körpüləri, fabrikləri və yaşayış binaları üçün xammal idxalını dayandırsa, dünya iqtisadiyyatında artımın əsas sütunlarından biri sıradan çıxmış olar.
Hazırda Çindən o qədər mənfi xəbər gəlir ki, Çinin artım modelinin böyük stress sınağından keçdiyi qənaətinə gəlməmək mümkün deyil". "The New York Times" qəzeti isə bildirir: "Hətta əmtəə və səhm bazarlarında son düşüşdən öncə dünya iqtisadiyyatı zəif idi. Ancaq Çin, Avropa, Yaponiya və digər ölkələrdən gələn son məlumatlar artımın təhlilçilərin proqnozlarından artıq azaldığını göstərir. Bu, həmin ölkələrin siyasətçiləri üzərinə bir yük qoyur ki, iqtisadiyyatı gücləndirmək üçün daha etibarlı yollar düşünsünlər". Yazıda ən narahatedici xəbərlərin dünyanın ikinci böyük iqtisadiyyatı olan Çindən gəldiyi vurğulanır: "Görünür, Çinin kommunist hökuməti maliyyə bazarına məcburi müdaxilə ilə işləri daha da korlayıb. Əvvəla, dövlət şirkətlərinə və qiymətli kağızlar sənayesinə səhmlər almaq göstərişi verilir. Ancaq bu addım səhm bazarına inamı tənzimləyə bilmədi və səhmlər düşməkdə davam etdi. Çinin valyutasını devalvasiya etmək qərarı digər ölkələrin valyutalarını da dollara nisbətdə kəskin endirib. Təhlilçilərin çoxu ümid edirdi ki, Çinin yüksəlişi qlobal iqtisadiyyat üçün yaxşı olacaq, Birləşmiş Ştatlarla yanaşı daha bir böyük artım mənbəyi yaranacaq. Ancaq hökumətin bu yay iqtisadiyyatı yanlış idarə etməsi Çinin bu rolu bir daha oynaya bilməyəcəyi fikrini ortalığa qoydu. Problem ondadır ki, dünyanın qalan hissəsi də çabalayır".
Məqalədə Yaponiya, Rusiya, Braziliya kimi ölkələrin də iqtisadiyyatının zəiflədiyi vurğulanır. Hadisələrin inkişaf axarı ölkəmizdə də diqqətlə izlənir. İlk növbədə ona görə ki, Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Bu mənada burada böhran Azərbaycana da təsirsiz ötüşmür. Xüsusən də qarşılıqlı ticarəti zəiflədir. Digər tərəfdən, qlobal maliyyə böhranı və bu fonda neftin ucuzlaşması da Azərbaycanın iqtisadi maraqlarına cavab vermir. Lakin qabaqlayıcı addımlar atılmasa, yeni böhranın baş verməsi də qaçılmaz sayılır.
Tahir TAĞIYEV




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ