çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

İki gün ərzində 370 milyon dollar...

Image


Son günlər mətbuat səhifələrində manatın məzənnəsi ətrafında fikir söyləyənlərin sayı xeyli artıb. İlk baxışda burada qeyri-adi heç nə yoxdur. Dünya bazarlarında neftin qiymətləri aşağı düşməkdə davam edir.

Təkcə qonşu dövlətlərdə deyil, hətta dünyanın iqtisadi cəhətdən inkişaf etmiş bir çox ölkələrində milli valyutaların ABŞ dollarına nisbətən ucuzlaşması prosesi baş verir. Yaranmış vəziyyət tələb edir ki, prosesə obyektiv qiymət verək, ölkəmizdə bu sahədə mövcud olan durumu əsaslı şəkildə təhlil edib cəmiyyətə əsil həqiqətləri söyləyək. Lakin təəssüflə qeyd edim ki, ölkəmizdəki fürsətçillər bu dəfə də ənənələrinə sadiq qalaraq cəmiyyəti çaşdırmaq, insanları xof içində saxlamaq yolunu tutublar. Məsələnin kökünü bilən də, bilməyən də mətbuatda istədiyi açıqlama ilə çıxış edir, heç bir mənbəyə, istinad nöqtəsi göstərilmədən müxtəlif uydurma rəqəmlər səsləndirilir. Müşahidələrimiz onu deməyə əsas verir ki, qonşu dövlətlərdə milli valyutaların məzənnəsində baş verən ucuzlaşma və neftin qiymətlərinin dünya bazarlarında aşağı düşməsi kimi hallar yenə bəzilərini sevincək salıb və həmin adamlar hər gün cəmiyyətə narahatlıq yaradacaq əsassız mesajlar ötürür, az qala bütün dünya ölkələrini əhatə etmiş bir prosesə görə məsuliyyəti Azərbaycanın siyasi hakimiyyətinin ayağına yazmağa çalışırlar. Azərbaycanda stabilliyin pozulmasında maraqlı olan, dövlətin nüfuzuna xələl gəlməsi üçün ən çirkin əməllərə əl atan bu adamlar öz şəxsi maraqları xatirinə hər şeyi – vətəni, bayrağı, torpağı ayaq altına qoymaga həmişə hazır olanlardırlar. Bu xislətin sahibi olan kəslər neftin qiymətləri dünya bazarlarında düşdükcə bir birlərinə gözaydınlığı verəcək qədər aşağılara yuvarlanıblar.

Bəs əslində nə baş verir? Əlbəttə, məsələlərə obyektiv yanaşdıqda, hər şeyin qaydasında olduğunu və proseslərin bizə zərər vermədiyini, yaxud verməyəcəyini heç bir halda iddia etmək olmaz. Lakin ölkədə görülən qabaqlayıcı tədbirlər, hökumətin prosesi az ziyanla adlatmağa hesablanmış addımları, büdcənin neftdən asılılığını minimuma endirmək məqsədi daşıyan dövlət proqramları var ki, bütün bunların son nəticədə öz bəhrəsini verəcəyinə heç kəsin şübhəsi olmamalıdır. Bu proses üzdə göründüyü kimi təkcə dünya maliyyə bazarını hədəfə almayıb. Hadisələr bütövlükdə dünyanı bir ölkədən asılı vəziyyətə salmağa və yalnız bir vahid güc mərkəzinin meydana gəlməsinə doğru aparır. Prosesi idarə edənlər buna nail ola biləcəklər, ya bilməyəcəklər, bu artıq başqa bir mövzudur. Bizi hələlik daha çox ölkəmizin bu olaylardan mümkün qədər az ziyanla çıxması maraqlandırır. Biz eyni zamanda ona da imkan verməməliyik ki, hakimiyyətlə mübarizə adı altında dövlətə qarşı fəaliyyət göstərmək kimi missiyası olanlar bu situasiyadan sui-istifadə edib insanları yalan informasiyalarla çaşdırsınlar. Sual olunur: "İki gün ərzində valyutadəyişmə məntəqələri vasitəsilə əhaliyə 370 milyon ABŞ dolları satılıb” deyənlər haradan alıblar bu rəqəmləri? Əli Kərimli adlı birisi yazır ki, "Xalqımız eşidən kimi ki, neftin qiyməti düşür, hücum çəkib valyutadəyişmə məntəqələrinə dollar almağa. İkicə günə 370 milyon dollar alıblar”. O bu informasiyanı haradan alıb? Bu adam belə ağılla, belə yanaşma tərzi və qeyri-ciddi mülahizələrilə hansı uzaqlığa gedə bilər? Cəmiyyətə yalan ötürmək sahəsində artıq peşəkara çevrilmiş Əli Kərimlinin iqtisadiyyat və maliyyə sistemi barədə verdiyi açıqlamlar da göstərir ki, onun ümümiyyətlə ölkənin iqtisadi sistemindən, bank maliyyə işlərinin vəziyyətindən qətiyyən xəbəri yoxdur. Manatın qiymətindən, devalvasiyadan danışan bu adama xatırlatmaq gərəkdir ki, onu özü də sözü kimi çoxdan dəyərdən düşüb...

Azərbaycan dünyanın iqtisadi – maliyyə sistemindən təcrid vəziyyətdə yaşayan ölkə deyil ki, dünya iqtisadiyyatında baş verən proseslərin bizə aidiyyatı olmasın. Son illərin iqtisadi uğurlarına, qeyri-neft sektorunun inkişafında əldə olunmuş əsaslı irəliləyişlərə baxmayaraq ölkəmizin iqtisadiyyatında neft amili hələ ki, tam aradan qalxmayıb. Bu səbəbdəndir ki, neftin dünya bazarlarında qiymətlərinin dəyişməsi bizə də təsirsiz ötüşə bilməz. Ancaq bunu cəmiyyətə, "Fəlakət baş verəcək”, "Ərzaq tədarükü görün”, "Bu gedişlə bütün rezervlər bircə aya bitəcək” kimi yersiz, heç bir məntiqə sığmayan və savadsızlıq göstəricisi olan çağrışlarla təqdim edənlər görünür neft qiymətlərinin statistikasını da araşdıra bilmirlər. Bilsəydilər, görərdilər ki, neftin qiyməti tarix boyu necə və neçə dəfə dəyişib. "İqtisadçı” qiyafəsinə bürünmüş bu adamlar manatın "Məmməd”, "Nizami”, "Qız qalası” kimi adlar verilmiş hörmətsiz və dəyərsiz vaxtlarını nə tez unudublar? Milli valyutamızın haradan hara gətirildiyi, hansı səviyyəyə qaldırıldığı onların gözünün qarşısında baş verməyibmi? Ümumiyyətlə, bu adamlar deyə bilərlərmi ki, büdcəsi bizim neftsiz büdcəmizdən az qala 2 dəfə aşağı olan qeyri-neft ölkələri bu gün necə yaşayıb fəaliyyət göstərirlər? Görəsən manatla bağlı "SOS” siqnalı çalan Qubad İbadoğlu bu kimi sualları özünə verirmi? Manatın bu ilin fevral ayındakı kəskin devalvasiyasıya uğramasında özünün məsuliyyətsiz çağırışları və insanların valyuta mübadiləsi məntəqlərinə axışmasına təkan vermiş təxribatçı bəyanatları ilə "xüsusi xidmətlər” göstərmiş bu adam əməllərinin cəzasız qalmasından daha da ruhlanaraq Azərbaycanın beynəlxalq təşkilatlarda üzvlükdən çıxarılması məqsədilə məqsədyönlü şəkildə iş aparmaqdan da çəkinmir. O, bu bu yolda artıq ilk "nəticəni” də əldə edə bilib Belə ki, bu il aprelin 15-də Konqo Respublikasının paytaxtı Brazzavildə keçirilən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" (MSŞT) üzrə beynəlxalq İdarə Heyətinin 29-cu toplantısında məhz Q.İbadoğlunun təkidi və səyi ilə Azərbaycanı bu təşkilata həqiqi üzv statusundan mərhum edən və "namizəd ölkə” statusuna endirən qərar qəbul edildi. O, bu təşkilatda öz çirkin "missiyasını” yerinə yetirdikdən onun sıralarından istefa verib. Bu adamın Azərbaycan dövlətinə qarşı apardıgı təxribatlarla bağlı yaxın günlərdə mətbuatda xüsusi açıqlamamız olacaq. Hesab edirik ki, onun dövlətçiliyimizə qarşı yönəlmiş hərəkətlərinə hüquqi qiymət verməyin vaxtı artıq çatıb.

Bu gün neftin qiymətlərinin aşağı düşməsi ətrafında ajiotaj yaradanlar özlərini elə aparırlar ki, sanki neftin tapılıb üzə çıxarıldığı gündən bu vaxta qədər birinci dəfədir ki, onun qiymətində dəyişiklik baş verir. Unutmayaq ki, müstəqilliyimizin ilk illərində və bütövlükdə 1991- 1999-cu illəri əhatə edən 9 il ərzində dünya bazarlarında neftin orta qiyməti 17-18 dollardan yuxarı olmayıb. Həmin illərdə Sovetlər Birliyindən qalmış iqtisadi sistem tam çökdüyündən ölkə iflic vəziyyətə düşmüşdü. Azərbaycanın maliyyə vəziyyəti olduqca ağır idi. Lakin buna baxmayaraq 1994-cü ilin sonlarından başlayaraq ölkə iqtisadiyyatı və onun maliyyə sistemi stabillik mərhəlləsinə qədəm qoya bildi. Bu, Heydər Əliyevin rəhbərliyi altında aparılan düzgün iqtisadi və maliyyə islahatlarının nəticəsində baş verdi. Neftin qiymətlərinin dünya bazarlarında orta illik 17-18 dollar səviyyəsində olmasına baxmayaraq, Azərbaycan hökuməti 1994-1999-cu illər ərzində büdcədən maliyyələşən bütün təşkilatlarda əmək haqlarının və təqaüdlərin vaxtında verilməsini təmin edə bildi. İndi sual olunur: Əgər Azərbaycan hökuməti qeyri-neft sektorunun çox aşagı səviyyədə olduğu, neftin dünya bazarlarında qiymətinin 17-18 dolları keçmədiyi həmin illərdə təhsil, səhiyyə və büdcədən maliyyələşən başqa təşkilatların işçilərinin əmək haqlarını, təqaüdləri vaxtlı-vaxtında ödəyə bilirdisə, bunu indi də edə bilməzmi? Əlbəttə ki, edər. İndi bizim neftsiz, qazsız iqtisadi və və maliyyə imkanlarımız həmin illərlə müqayisəolunmaz dərəcədə genişdir. İndi Azərbaycanın istənilən iqtisadi təlatümləri adlatmağa imkan verən resursları və möhkəm ehtiyat bazası var. Odur ki, cəmiyyətə yalan informasiyalar ötürən, insanlarda narahatlıq yarada biləcək bəyanatlar verən, heç bir istinad nöqtəsi olmayan uydurma rəqəmlər ortaya atanlar bu yolla siyasi uğur qazanacaqlarını düşünürlərsə, kökündən yanılırlar.

Fikrət Yusifov - İqtisad elmləri doktoru, professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ