Onun sözlərinə görə, onlara belə şikayətlər daxil olmayıb.O, buna baxmayaraq bəzən benzini vuran operatorların bilməyərəkdən yalnışlıqlara yol verdiklərini istisna etmir: "Deyilənlərin heç bir əsası yoxdur. Bizdə dediyiniz məsələ ilə bağlı şikayət yoxdur. Amma bu cür şikayət olanda da biz yerindəcə araşdırıb, lazımi tədbirləri görürük. Amma insanıq, hər birimizin səhvi olur. Bəzən operatorlar ani səhvlər edirlər. Məsələn operatora 10 manatlıq benzin vur deyəndə, o, çaşıb 10 litr vurur. Amma biz də öz növbəmizdə müştəridən üzrxahlıq edib, problemi qaydasına qoyuruq”.
Şirkət rəsmisi, həmçinin müştərilərə belə hallarla rastlaşdıqda, çəkinmədən onlara müraciət etməyə çağırdı.
Xatırladaq ki, sosial şəbəkələrdə "Azpetrol” şirkətinin yanacaqdoldurma məntəqələrində insanları aldatması ilə bağlı bir neçə gündür məlumatlar yazılır.