çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

"Azərbaycanın alternativ (bərpa olunan) enerji mənbələri: mövcud vəziyyət, əsas prioritetlər və perspektiv imkanlar"

Image


İnsanın ən böyük dostu təbiətdir. Minillər boyu insanlar təbiətə arxalanaraq yaşayıb, onun bəxş etdiklərindən yararlanıb. Bir vaxtlar insan oğlu bilmirdi ki, günəş, su, külək, başqa təbii məfhumlar tükənməyən enerjidir və onların yoxa çıxması mümkünsüzdür. Reallıqdır bu. Milyon illərdir təbiətin bir parçası olanlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnsan ən böyük enerjini, gücü təbiətdən alır.
Elə bir çağda yaşayırıq ki, texniki tərəqqi öz sürəti və təsir gücü ilə irəlidədir. Bu gün biz ona çatmaq üçün qaçışdayıq. Bilirik ki, neçə illərdir neft, qaz kimi təbii sərvətlər əsas enerji mənbəyi olaraq böyük çəkiyə malikdir. Amma görünən odur ki, bütün dünyada neft və qaz enerjisinin bir gün tükənəcəyini, yaxud azalacağını zənn edən insanlar alternativ enerji məsələsini gündəmə gətirib və ondan istifadə edir. Bu gün sirr deyil ki, dünyanın əksər ölkələrində, eləcə də Azərbaycanda alternativ enerji mənbələri var və ondan geniş şəkildə istifadə edilir. Azərbaycanda alternativ-bərpa olunan enerji mənbələrindən danışmazdan əvvəl bildirək ki, bərpa olunan enerji - günəş, külək, dalğa, geotermal enerji və digər bərpa olunan mənbələrdən alınan enerjiyə deyilir. Ekspertlər bildirir ki, bu zaman təbiətdə daim baş verən proseslərdən istifadə olunur və bu mənbələr insan istifadəsi nəticəsində tükənə bilməz. Alternativ energetikanın təkcə ətraf mühitin mühafizəsi üçün vacib olmadığını qeyd edən mütəxəssislər bildirir ki, qeyri-ənənəvi enerji mənbələrindən istifadə iki vacib şərtə əsaslanır: yanacaq mənbəyinin bərpa olunan olması və verilmiş ərazidə mövcudluğu. Ekspertlər deyir ki, bu, ölkələrin, ərazilərin, təsərrüfat sistemlərinin neftdən və onun qiymətindən asılılığını yumşaldır. Regionun xüsusiyyətindən asılı olaraq alternativ enerjidən istifadənin strukturunda bu və ya digər mənbə üstünlük təşkil edir. Qeyd edilənə görə, İslandiya, Danimarka və ABŞ-ın bəzi ştatlarında alternativ enerji istehsalında üstünlük geotermal mənbələrə verilir. Norveçdə əsasən kiçik gücə malik hidroenergetik qurğulardan istifadə edilir. Düzən ərazilərdə külək, cənub regionlarında günəş batareyalarından istifadə edilir. Zəngin meşə ehtiyatlarına malik ölkələrdə biokütlənin (yonqar, talaşa) yanma texnologiyasından geniş istifadə edilir. Qeyri-ənənəvi (alternativ) bərpa olunan enerji mənbələri bunlardır:
1.Biokütlə enerjisi (bioqaz);
2. Külək enerjisi;
3. Günəş enerjisi;
4. Hidroelektrik enerji;
5. Geotermal enerji;
6. Dalğa enerjisi;
7. Hidrogen yanacağı enerjisi;
8. Qabarma-çəkilmə enerjisi;
9. Dünya okeanının termik enerjisi.
Onların tətbiqinə gəlincə, qeyd edək ki, ekoloji cəhətdən təmiz alternativ və bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalında ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Çin, Yaponiya və digər inkişaf etmiş ölkələr qabaqcıl mövqe tuturlar. BMT-nin hesabatına əsasən, 2008-ci ildə dünyada alternativ enerji mənbələrinə 140 mlrd. ABŞ dolları, neft və daş kömürün istehsalına isə 110 mlrd. ABŞ dolları vəsait xərclənib. Dünya üzrə ümumilikdə külək enerjisindən istifadəyə 51.8 mlrd., günəş enerjisindən istifadəyə 33.5 mlrd., bio-yanacaqdan istifadəyə isə 16.9 mlrd. ABŞ dolları vəsait xərclənib. Avropa ölkələri 2008-ci ildə alternativ enerjiyə 50 mlrd., Amerika 30 mlrd., Çin 15.6 mlrd., Hindistan isə 4.1 mlrd. ABŞ dolları vəsait sərf edib. Onu da qeyd edək ki, ənənəvi enerji mənbəyi kimi karbohidrogen ehtiyatlarının məhdudluğu və ətraf mühitin çirklənməsinin qarşısının alınması vacibliyi nəzərə alınaraq dünyada alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunan enerjinin həcminin artırılmasını zəruri edən bir sıra məqamlar var. Artıq bu istiqamətdə müsbət təcrübə mövcuddur və bir sıra ölkələrdə günəş, külək və digər təmiz və bərpa olunan enerji mənbələrindən istifadə ildən-ilə genişlənir. Dünyada uğurla tətbiq olunan bu təcrübədən Azərbaycanda geniş istifadə edilməsinə şərait yaratmaq üçün ölkəmizin əlverişli təbii şəraiti ilə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malik olmasını nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2004-cü il tarixli, 462 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" təsdiq edilib. Mütəxəssislər qeyd edir ki, bir sıra dünya ölkələrində tətbiq edilən layihələrdən biri də istilik nasoslarının köməyi ilə geotermal enerjidən isitmə məqsədilə istifadə olunmasıdır. İstilik nasosları aşağı temperaturlu istilik daşıyıcısının temperaturunu xaricdən enerji sərf etməklə yüksəltməyə imkan verir. Bu zaman 1 kVt.saat elektrik enerjisi sərf etməklə aşağı potensiallı enerjidən 4 kVt.saata qədər yüksək potensiallı enerji almaq mümkündür. Bununla bağlı Ukrayna Respublikasının Elm-İstehsalat "Stels" Şirkətinin mütəxəssisləri "Azəristiliktəchizat" ASC-də geniş təqdimat keçirib.
Bir məqamı da vurğulayaq ki, Avropa İttifaqının Azərbaycan nümayəndəliyi 2012-2020-ci illər üçün Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanması haqqında Prezident İlham Əliyevin imzaladığı son Sərəncam haqda müsbət filkir açıqlayıb. Avropa İttifaqı nümayəndəliyinin sabiq rəhbəri Roland Kobia mətbuata bildirib: "Neft və qazdan savayı, Azərbaycan günəş, külək, su, geotermal və biokütlə enerjisi kimi böyük yaşıl enerji potensialına malikdir. Prezident İlham Əliyevin təlimat verdiyi kimi, müvafiq qanunvericilik bazasının tezliklə hazırlanması yaranan sektorun inkişafına təkan verəcək, Azərbaycan iqtisadiyyatına fayda gətirəcək, iqlim dəyişikliyi ilə mübarizə sahəsində qlobal məqsədlərin əldə edilməsinə töhfə olacaq".
Onu da yada salaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 oktyabr 2004-cü il tarixli "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamı bu məsələnin sürətlənməsinə böyük təkan verdi. Sənəddə bir sıra mühüm məsələlərə toxunulub və bu sahədə qabaqcıl ölkələrin təcrübəsi qeyd edilib. Sərəncamda bildirilirdi ki, bərpa olunan enerji mənbələrindən istifadə sahəsində Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda, Radiasiya Problemləri İnstitutunda, Azərbaycan Elmi-Tədqiqat Energetika və Enerji-layihə İnstitutunda, həmçinin Bakı Hidrolayihə İnstitutunda məqsədyönlü işlər aparılıb. Dövlət Proqramı "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında", "Elektrik və istilik stansiyaları haqqında" Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli, 854 nömrəli Fərmanı ilə təsdiq edilən "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı", 2002-ci il 25 mart tarixli, 893 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Enerji və su sektorlarında maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqında", "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 2003-cü il 24 noyabr tarixli, 4 nömrəli Fərmanı, 2004-cü il 11 fevral tarixli, 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)", habelə "Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 aprel tarixli, 458 nömrəli Fərmanı və s. normativ-hüquqi sənədlər əsasında hazırlanıb. Sənəddə vurğulanırdı ki, külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Təcrübə göstərir ki, Azərbaycanın bir çox rayonlarında külək enerjisi qurğularının tətbiqinin böyük perspektivi var. Hesablamalara görə, Azərbaycan Respublikası özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerjisi ehtiyatına malikdir. Günəş enerjisi - Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Belə ki, günəşli saatların miqdarı il ərzində ABŞ-da və Orta Asiya ölkələrində 2500-3000 saat, Rusiyada 500-2000 saat, Azərbaycanda isə 2400-3200 saatdır. Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll edə bilər. Son zamanlar dünyanın bir sıra qabaqcıl dövlətlərində Fotovodtaik Proqramının (FVP) geniş şəkildə tətbiq olunmasına başlanıb. Azərbaycanın bu Proqrama cəlb olunması regionda belə tip enerji sistemlərinin tətbiqində mühüm rol oynaya bilər. Kiçik su elektrik stansiyaları - Azərbaycan Respublikasının ümumi enerji sistemində su elektrik stansiyalarının istehsal gücünün xüsusi çəkisi hazırda 17,8 faiz təşkil edir. 2003-cü ildə istehsal olunan elektrik enerjisinin 2,4 mlrd. kVt.s. su elektrik stansiyalarının payına düşür ki, bu da istehsal olunmuş ümumi elektrik enerjisinin 11,4 faizini təşkil edir.
Ölkədə indiyə qədər istifadə edilməmiş hidroenergetika ehtiyatlarının mənimsənilməsi üçün geniş imkanlar var. Bu istiqamətdə aparılmış tədqiqat işləri nəticəsində Azərbaycan Respublikasındakı çayların tam hidroenerji potensialının 40 mlrd. kVt.s., texniki cəhətdən əlverişli potensialın isə 16 mlrd. kVt.s. olduğu müəyyən edilib ki, bunun da 5 mlrd kVt.s. kiçik su elektrik stansiyalarının payına düşür. Su elektrik stansiyalarının tikintisi - sel sularının tənzimlənməsi, ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsalı və yeni suvarma sistemlərinin yaradılması kimi dövlət əhəmiyyətli məsələlərin həllində mühüm rol oynayır. Qeyd edək ki, alternativ enerji sahəsində irəliləyişlər əldə olunub. 1994-cü il sentyabrın 20-də 8 ölkəni təmsil edən 13 şirkətin imzaladığı "Əsrin müqaviləsi" ilə Xəzər neftinin Avropa və dünya bazarına çıxarılmasına imkan yaradılıb, 3 dənizi birləşdirən Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəməri çəkildi və bununla da neft-qaz sənayesi inkişaf etdi. Mütəxəssislərə görə, Cənubi Qafqaz iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşür. 2013-cü il fevralın 1-də yaradılan Dövlət Agentliyi günəş, külək enerjisindən elektrik enerjisi almaq üçün böyük işlər görüb. Bu sahədə görülən mühüm işlərdən biri Qobustan Poliqonunun yaradılmasıdır. Bu ilin mayında elektrik enerjisi istehsalına başlayan bu Poliqon indiyədək 1 milyon kilovat/saat enerji istehsal edərək "Azərenerji"yə təhvil verib. Dövlət Agentliyi "Azərbaycanda Dayanıqlı Enerjinin İnkişafı" layihəsi çərçivəsində BMT ilə səmərəli əməkdaşlıq edir. Eyni zamanda Avropa İttifaqı, Almaniya, İsveç, Çexiya, Slovakiya, Sloveniya, Ukrayna, Argentina, Türkiyə, Litva və digər ölkələrlə müxtəlif sahələr üzrə əmkdaşlıq əlaqələri qurulub. Rəsmi məlumatlara görə, 2020-ci ilədək Azərbaycanda istehlakın ümumi həcmində alternativ enerji mənbələrinin payı hazırkı 2,3 faizdən 9,7 faizə çatdırılacaq. Mətbuatd gedən fikirlərə görə, 2020-ci ilədək ümumi həcmi 2500 meqavat olan yeni enerji istehsal güclərinin formalaşdırılması hesabına istehlakın ümumi həcmində alternativ enerjinin payının artırılması planlaşdırılır. 2020-ci ilədək ölkədə istehsalın ümumi həcmində alternativ enerjinin payının hazırkı 10 faizdən 20 faizədək çatdırılması planlaşdırılır. Ötən ilin yekunları üzrə bunun 9,8 faizi su elektrik stansiyalarının, yerdə qalanı isə digər növlərin payına düşür.
Azərbaycanda alternativ enerji proqramı yüksək səviyyədə həyata keçirilir. Bildiyimiz kimi, artıq bir sıra rayonlarda, ərazilərdə alternativ enerji stansiyaları və ötürücüləri quraşdırılıb. Bütün bunlar dövlətin sərvətidir. Alternativ enerji siyasətinin həyata keçirilməsi üçün böyük işlər görülür və görülməkdə davam edir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ