2020-2021-ci illərdə "SOCAR Turkey Energy" şirkətinin səhmlərinin bir hissəsi birjada satışa çıxarılacaq. "APA-Economics”in xəbərinə görə, bu barədə "SOCAR Turkey Energy" şirkətinin rəhbəri Kənan Yavuz Türkiyənin CNBC telekanalına müsahibəsində deyib.
"2020-2021-ci illərdə şirkətimizi xalqa açıq etmək istəyirik. Şirkətimizin səhmlərinin bir hissəsi, yəni "Goldman Sachs International" investisiya şirkətinin sahibi olduğu səhmlər satışa çıxarıla bilər. Satışa çıxarılacaq hissələr 13-15%, hətta bundan yüksək də ola bilər. Bu həcm həmin zaman bazarın tələblərindən asılı olacaq", - deyə K. Yavuz bildirib.
K. Yavuz əlavə edib ki, "Goldman Sachs International" SOCAR-ın strateji tərəfdaşıdır.