çərşənbə axşamı günü, 27 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
"Tarixçi "iqtisadiyyat müəllimi" bilsin ki..."
Tarix: 22.08.2015 / 02:47
Bölmə: İqtisadiyyat
Bu gün Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən kifayət qədər möhkəm dayaqlara malikdir. Hakimiyyətlə xalq arasında yaranmış birlik isə Azərbaycanın əsas göstəriciləri sırasında yerini möhkəmlətmiş amillərdən biridir. Tərəddüd etmədən deyə bilərik ki, Azərbaycan hakimiyyəti cəmiyyətin tam dəstəyini qazana bilib və bu üstünlüyünü illərdir qoruyub saxlayır.
Azərbaycanın bügünkü mənzərəsinə həm politoloji, həm də sosioloji aspektlərdən yanaşdıqda görürük ki, tamamilə təbii proses müşahidə olunmaqdadır: Xalqa arxalanan, onun dəstəyinə güvənən və əsasən sosialyönümlü siyasətə üstünlük verən hakimiyyət bunun müqabilində hansı üstünlüklər əldə etməli idisə, bu gün onların hamısına müvəffəq olub. İlham Əliyev hakimiyyətinin dayağı xalqdır və deməli, bu birliyi və xalqla vəhdət üzərində qurulmuş idarəçilik sistemini sarsıtmaq mümkün deyil. Bu gün Azərbaycanın həm ictimai-siyasi, həm də sosial-iqtisadi həyatının ən xırda elementi belə onu deməyə əsas verir ki, ölkəni daha işıqlı perspektivlər gözləyir.
***
Azərbaycanda çirkin siyasi oyunlar yolunu tutan, cəmiyyəti çaşdırmaq məqsədilə min cür yalan uyduran adamlar parlament seçkiləri ərəfəsində bir qədər də fəallaşaraq heç bir arqumentə söykənməyən pafos dolu çıxışlarını artırıblar. İllərdir təkrar olunan uydurmalar bu gün yeni oranjemanda yenidən səsləndirilir. Amma, kimin hansı yalanı danışmasından asılı olmayaraq Azərbaycanı bugünkü inkişaf yolundan uzaqlaşdırmağa heç kəsin gücü çata bilməz. Bunun doğrudan da belə olduğunu Azərbaycan cəmiyyəti son 11 ildə dəfələrlə sübut edə bilib. Cəmiyyət hakimiyyətə qarşı "radikal" mövqedə dayanmış kimi görünməyə çalışanlara da, onların xaricdəki havadarlarına da dəfələrlə göstərib ki, ağı qaradan seçə bilir...
***
Hər şey göz qabağındadır. O qədər yalan danışıblar ki, artıq insanların gözündə müxalifətçi statusunda da qala bilməyiblər. Cəmiyyət artıq başa düşür ki, bu adamlar dövlətə qarşı xəyanət yolunu tutaraq müxtəlif xarici ölkələrin sifarişlərini yerinə yetirirlər. Əlbəttə, hər bir hakimiyyət ölkədə normal konstruktiv müxalifətin olmasını istəyir. Hər bir hakimiyyət çox gözəl bilir ki, normal, konstruktiv müxalifət ölkənin hərtərəfli inkişafına təkan verə biləcək bir qüvvədir. Azərbaycan hakimiyyəti də ölkədə belə bir müxalifətin olmasında maraqlıdır. Lakin təəssüflər olsun ki, görülən işlərə qara yaxmaq, insanları təhqir etmək, yalan danışmaq, ölkəyə qarşı ən yaramaz əməllərə imza atmaq kimi fəaliyyət növlərinə üstünlük verən və özünü "siyasi lider" hesab edənlər Azərbaycanda sağlam müxalifətin yaranmasının qarşısında da qara daşa çevriliblər.
***
Azərbaycan bu gün tək bölgənin deyil, dünyanın ən sabit və təhlükəsiz ölkələrindən birinə çevrilib. Baxın, Yaxın Şərq ölkələri qan içində boğulur. İnsanlar böyük bir fəlakətlə üz üzə qalıblar. Ukraynanın şərqində baş verənləri hamı görür. On minlərlə insan nəinki ev-eşiyini itirib, onlar hətta həyata da ümüdlərini itirmiş vəziyyətdədirlər. Özünə "siyasi lider" statusu vermiş "millət qəhrəmanları", sizə beləmi Azərbaycan lazımdır? Əgər siz siyasi əxlaqsızlıq edib bütün dünyanın etiraf etdiyi Azərbaycan həqiqətlərinin üzərindən qara qələm çəkməyi bacara bilirsinizsə, deməli, hakimiyyətə gəlmək xatirinə Azərbaycanda da belə bir xaosun yaranmasına qol qoymağa məmnuniyyətlə gedərsiniz. Siz bu gün abır və həya yeri qoymadan "Neft Azərbaycana heç nə verməyib" deyirsiniz. Bəs Azərbaycanın bütün dünyada etiraf edilən iqtisadi sıçrayışı nəyin hesabınadır? Tarixdə hansı neft ölkəsi 5 il ərzində Ümumi Daxili Məhsulunun tərkibində qeyri-neft sektorunun payını 50%-dən 70%-ə qədər yüksəltməyə nail ola bilib? Hansı neft ölkəsi 5 il ərzində qeyri-neft sektorundan ixracın həcmini 65%-ə qədər artırmağa nail ola bilib? Hansı neft ölkəsində 11 il ərzində orta aylıq əmək haqqı 5,7 dəfə (570%), pensiyalar 9,2 dəfə (920%) artırılıb? Hansı ölkə belə qısa müddət ərzində öz valyuta ehtiyatlarını 28 dəfəyə qədər (2800%) artıra bilib?.. Bu rəqəmlərin sırası çox genişdir. Əslində bu reallıqlar Azərbaycan dövlətinin qəsdinə duran insanların hamısına məlumdur. Lakin özünü ziyalı hesab edən, yazıçı kimi təqdim olunan bir xanım xalqa "iqtisadiyyat dərsi" verməyə həvəslənərək, "Bu neftin əhalimizə, təhsilimizə, səhiyyəmizə, sənayemizə, idxalımıza, ictimai münasibətlərimizə, mədəni səviyyəmizə, demokratik inkişafımıza heç bir xeyri dəymədi" deyir... Tam əminliklə deyə bilərik ki, belə bir açıqlama ilə çıxış edən adam heç bir halda öz ölkəsini sevə bilməz. Ölkəsini, millətini sevən insanlar obyektivlik hissini itirə bilməzlər. Yalan danışan adamlar vətən, dövlət və bayrağa münasibətdə də qeyri-səmimidirlər. Son on ildən bir qədər artıq vaxt ərzində ölkədə tikilən və əsaslı bərpa olunan minlərlə məktəb, tibb ocağı, mədəniyyət, idman obyektlərini, körpüləri, yolları, su anbarlarını, elektrik stansiyalarını, istehsal və emal müəssisələrini görməmək mümkün deyil axı. Görülən bu qədər nəhəng işlərin qarşılığında necə demək olar ki, xalq neft gəlirlərindən faydalanmayıb? Məgər bütün bunlar xalq üçün qurulub yaradılmayıbmı? Bunları görməmək üçün ən azı kor olmaq lazımdır.
***
Eyni notla tarixçi bir "siyasi lider" cari ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə 6% iqtisadi artım deyil, iqtisadiyyatda 28-30% azalma baş verdiyini deyir. Bu qədər savadsızlıq nümayiş etdirmək sadəcə eyibdir. Bu ilin fevral ayında manatın ucuzlaşmasını əlinə bayraq edən bu tarixçı "iqtisadiyyat müəllimi" bilməlidir ki, əvvəla, milli statistikada Azərbaycanda Ümumi Daxili Məhsulun uçotu Azərbaycan manatı ilə aparılır. İkincisi isə keçən ilin müvafiq dövrü ilə müqaisədə ölkədə əsas məhsulların - yanacağın, çörəyin, enerjinin, suyun, kommunal xidmətlərin və əsas ərzaq məhsullarının qiymətlərində, bir sözlə - istehlak səbətinə daxil olan məhsulların qiymətlərində heç bir nəzərəçarpacaq dəyişiklik qeydə alınmayb. Belə olan halda keçən ilin eyni dövrü ilə müqayisədə Ümumi Daxili Məhsulun 28-30% azalmasına dair yalanı cəmiyyətə necə ötürmək olar? Aydındır, həmin bu tarixçi "iqtisadiyyat müəllimi" növbəti dəfə cəmiyyəti aldatmağa çalışıb. Əslində bu biçarənin başqa yolu da qalmayıb. Ahıl yaşında dövlətə qarşı işləmək məcbiriyyətindədir... O ancaq yalan danışmalıdır, gerçəyi gizlətməli və yaxşı nə varsa hamısının üzərinə kölgə salmağa meyllənməlidir. Görəvi belədir! Ancaq belələri anlamır ki, artıq insanlar bu kimi yalanlara qulaq asmağı özlərinə rəva bilmir. Bilsəydilər, arxalarına düşüb "Məhsul" stadionundakı yığıncaqlarına gedərdilər ki, bu yalanları onların dilindən canlı olaraq eşitsinlər. Getmirlər, çünki başqa yolu seçiblər. Bu yolda iqtisadi inkişaf və sosial rifah var. Bu yolda real iş və konkret fəaliyyət proqramları var. Bu yol sınanmış yoldur!
Fikrət Yusifov
İqtisad elmləri
doktoru, professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...
Tarix: 27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...
Tarix: 26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
Tarix: 26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu
- 14 il iş, bütün əmlakı da müsadirə olundu...
27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir”
- YENİ TƏLƏB...
27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu -
mövcud müxalifəti məhv edib yenisini yaradacaq...
27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..
27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...
27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...
27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi
- Makron rejimi qorxur...
27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub
27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi
– biz öz adımızdan danışırıq...
27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...
27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...
27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır
27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi
27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...
27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib
- FOTO
27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...
27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb
- FOTO
27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır
27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...
27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
- FOTO
27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...
27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...
27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi
- İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...
27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu
- süründürməçiliyə və təhqirə yol verilməsin!
27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq
– ABŞ səfirliyi açıqladı...
27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...
27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar
- FOTO
27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır -
hədəf kimdir?
27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib
- VİDEO
27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı -
ələ keçirilən arsenalın taleyinə Livan qərar verir
27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
- FOTO
27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" -
Fərid Şəfiyev
27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" -
Türkmənistanın mədəniyyət naziri
27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi
27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat
– üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...
27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...
27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb"
-ICESCO-nun Baş direktoru
27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"
- İƏT-in Baş katibi
27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?
27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır
27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"
27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı
27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"
27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"
- Prezident
27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"
27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi
- saxlanan var...
27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"
- Prezident
27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"
27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"
- Prezident
27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı
27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı
27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"
- Prezident İlham Əliyev
27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"
27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir
27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır"
- Prezident
27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"
27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir"
- Prezident
27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
- FOTO/VİDEO/YENİLƏNDİ
27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində
- Netanyahu, ya Eisenkot...
27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…
27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti...
Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…
27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub
- YENİ DETALLAR ortaya çıxdı...
27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi
26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur
- qərar verildi…
26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
- FOTO
26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi
- FOTO
26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...
26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...
26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...
26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...
26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur
26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır
- Bu insanlara nə olub?
26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...
26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...
26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir
- Niyə?...
26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ