Cümə axşamı günü, 01 oktyabr 2026
     

Xəzər dənizi turizm sarıdan da Azərbaycana böyük pullar qazandıra bilər, lakin...

Image


Məlumdur ki, bu yay artıq Azərbaycandan bir sıra ölkələrə uçuşlar və bölgələrimiz arasında gediş-gəliş bərpa edilib. Belə vəziyyət turizm sektoruna da öz təsirini göstərir. Lakin koronavirus pandemiyası səbəbindən turizm məqsədilə xaricə üz tutanların sayı xeyli azalıb. Bu il əhalinin əsasən daxili turizmə yönəldiyi müşahidə olunur. Turizm mütəxəssisləri buna səbəb kimi ölkə xaricinə uçuşların məhdudluğunu və aviabiletlərin baha olmasını göstərir.

Ümumiyyətlə, pandemiya vaxtı, sərhədlərin hələ də tam açılmadığı dövrdə daxili turizm getdikcə daha çox inkişaf edir. Bu fonda Azərbaycanın təbiəti səfalı olan rayonları, eləcə də Xəzər dənizi regionu potensial turizm istiqaməti kimi böyük imkanlara malikdir. Həştərxandakı “Sky Travel” turizm agentliyinin direktoru Alyona Panasenko hesab edir ki, Xəzər regionunun yaxşı turizm meydanına çevrilməsi üçün bütün imkanlar var: "Pandemiya turizm və onun inkişafına müəyyən düzəlişlər edib. Sərhədlər bağlıdır və bu, yeni istiqamətlərin inkişaf etdirilməsi üçün imkandır. Qazaxıstan və Azərbaycan kimi istiqamətlər getdikcə daha çox maraq doğurur. Bu ölkələrdə turizm infrastrukturu yaxşı inkişaf edib. Turistləri cəlb etmək üçün də, sahəni inkişaf etdirmək üçün də xeyli imkanlar var". Onun fikrincə, hazırda Xəzər regionuna turistlərin cəlb olunması üçün çoxsaylı proqramlar həyata keçirilir və bu region xarici qonaqlar üçün cəlbedicidir. Region ölkələrini bir səyahətdə birləşdirmək olar, bu halda turist mümkün qədər daha çox təəssürat əldə edəcək. Həm də Xəzər regionu müxtəlif mədəniyyətlərlə çox zəngindir. Azərbaycan Otellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi də bildirir ki, Xəzərdə prioritet turizm istiqamətlərindən biri dayvinq, yəni suyadalmadır. Dənizin dibində batmış gəmilər var və bu cür dayvinq xarici turistlər üçün çox cəlbedicidir: "Digər tərəfdən, balıqçılığın bəzi növlərini inkişaf etdirmək olar. Bundan əlavə, yaxt-klublar vasitəsilə yelkənli qayıq turizmi də inkişaf edir. Bir vaxtlar Azərbaycanın yaxt-klubları məşhur olub, hazırda bu istiqamət bərpa olunur. Bunlardan əlavə, "Daş yolu" da qeyd etmək lazımdır. Bu, təbiətin möcüzəsidir, alimlər hələ də onun necə əmələ gəldiyi üzərində baş sındırır. Həmin silsilə Abşeron yarımadasından keçir və bəzi yerlərdə dənizə batır. Bakıya gələn turistlər bununla maraqlanır". Ekspert bildirib ki, son illər bir səyahət daxilində bir neçə ölkəyə getmək mümkün olan turlar geniş yayılıb. Konkret olaraq bu cür təcrübə Azərbaycan və Gürcüstan arasında mövcuddur: "Bu mənada, əvvəllər Həştərxana da marşrutların olduğunu qeyd etmək lazımdır – dənizlə Həştərxandan Bakıya gələ bilən gəmilər işləyirdi. Onlar burada sərnişinləri götürə, Həştərxana yola sala, sonra isə Volqa ilə Moskvayadək üzə bilirdilər. Hazırda bu marşrut tam həcmi ilə işləmir. Son bir neçə il ərzində biz bu marşrut barədə danışmışıq. Həştərxanda infrastruktur məsələlərinin müzakirə olunduğu forum keçirilib və orada həmin bu köhnə marşrutdan da söhbət açılıb".

Qazaxıstanın Vətəndaş Alyansının direktoru, "Avrasiya monitorinqi" analitik tədqiqatlar mərkəzinin rəhbəri Alibek Tacibayevin sözlərinə görə, Azərbaycan Xəzər regionunda turizm sənayesinin formalaşmasında inteqrasiya proseslərinin lideridir: "Turizm infrastrukturunun inkişafı məsələsində Qazaxıstan Azərbaycandan nümunə götürməlidir. Azərbaycan elə bir nümunədir ki, ona diqqət yetirilməlidir". Ekspertin sözlərinə görə, Aktau şəhərinin nümunəsində ümumi inkişafda, o cümlədən turizm sənayesinin inkişafında infrastrukturun inkişafının katalizator rolu oynadığını görmək mümkündür: "Əgər hələ on il əvvəl Aktauya gələrkən biz yerləşməklə, infrastrukturla bağlı problemlərlə rastlaşırdıqsa, hazırda biz şəhərin inkişafı və genişləndirilməsi ilə bağlı hədəfləri görürük. Sahilyanı zona güclü inkişaf edir". Onun sözlərinə görə, yaddan çıxarmaq olmaz ki, turizm potensialının olması regiona xarici investisiyaların cəlb edilməsi üçün maqnitdir. Belarus Turizm Sənayesi İttifaqının idarə heyətinin sədri Filip Qulı bildirib ki, regionun inkişafı institutunun başa düşülməsinə, investisiya siyasətinin vahid dialoq mexanizminə ümumi yanaşma lazımdır. İnkişafa və investisiya cəlb olunmasına ümumi yanaşmadan beş dövlətin hamısı udacaq: "Xəzər regionunda mövcud olan əsas problem yerli biznesin inkişafı üçün şəraitin yaradılmasına dair vahid sistem şəkildə yanaşmanın olmamasıdır. Bu, infrastruktura güzəştli sərmayə qoyuluşuna da aiddir". Onun sözlərinə görə, beş bir-birindən fərqli və özünəməxsus xüsusiyyətlərə malik Xəzəryanı dövlət birlikdə güclü potensiala malikdir: "Yaxın iyirmi illik perspektiv üçün bu, dünya səviyyəli, ciddi ziyarət yerlərindən biridir. Xəzər dənizində istirahət edərkən turistin beş fərqli mədəniyyətlə və landşaftla tanış olmaq, beş fərqli dövlətin ab-havasına baş vurmaq imkanı olur. İnfrastruktur ciddi şəkildə çatışmır, lakin onun yaradılması üçün zaman var. Xəzər dünya səviyyəsində hələ qiymətini almayıb, lakin onun perspektivləri çox yüksəkdir”. Ekspert bildirib ki, kreativ təcrübəsi sayəsində Bakı regionda turizmdə flaqman və dominantdır. Lakin 15-20 il sonra meydana gəlməli olan əsas turizm məhsulu haradasa istirahət etməklə beş fərqli ölkəni görmək, sonra isə Xəzərlə kruiz gəmilərində gəzmək imkanıdır. Qulı, həmçinin, daxili turizmin inkişafında pandemiyanın rolunu da qeyd edib. Ekspertin fikrincə, pandemiya olmasaydı, Xəzər regionunun, eləcə də istənilən digər daxili turizm növünün də inkişaf sürəti daha aşağı olardı. Hesab edilir ki, Azərbaycanın Rusiya sərhədindən İran sərhədinədək Xəzər dənizi ilə 825 kilometrlik bir məsafədə əhatələnməsi ölkəmizdə çimərliklərin genişləndirilməsi və turizm təsərrüfatının inkişafı üçün çox böyük potensial imkanlar yaradır. Lakin dünyanın dəniz sahillərində yerləşən ölkələrinin az qala heç birində çimərliklər Azərbaycanın Xəzərsahili çimərlikləri kimi özəlləşdirilməyib, hündürlüyü bir neçə metr olan daş hasarlara alınmayıb. Bu, çimərliklərdən əhalinin istifadə işində çox böyük çətinliklər yaradır.

Ən əsası, belə vəziyyət turizmin də inkişafına ciddi təhdid yaradır. Hesab edilir ki, Xəzərin sahilboyu çimərlik əraziləri dövlətə məxsus olmalı, onlar çimərlik təsərrüfatı üçün uzun müddətə icarəyə verilməlidir. Azərbaycanın hazırda maliyyə imkanlarının artdığı bir dövrdə Xəzərin çimərlikləri dövlət səviyyəsində Avropa standartlarına cavab verən bir şəkildə yenidən qurulmalıdır. Bunun üçün Xəzər dənizinin çimərlik sahələrinin dəqiq qeydiyyatı aparılmalı, birinci növbədə onlardan necə istifadə məsələləri dəqiqləşdirilməlidir. Müasir çimərliklər hər cür iaşə müəssisələrinə, ekoloji cəhətdən ideal təmizliyə, xilasedici, həkim məntəqələri, çimərlik əşya və avadanlıqlarını icarəyə verən mərkəzlərə də malik olmalıdır. Lakin bütün bunlarla bağlı hələ də problem var və bu da Xəzərdə turizmin inkişafını ləngidən əsas faktorlardan biri sayılır.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ