çərşənbə axşamı günü, 18 avqust 2026
     

Azərbaycan Türkiyənin enerji bazarında əsas söz sahibinə çevrilir

Image


Gürcüstandan sonra Azərbaycan qardaş Türkiyənin də enerji bazarında dominant mövqeyə yüksəlməkdədir. Söhbət burada həm neft, həm də qaz bazarından gedir. Xatırladaq ki, Azərbaycan hər iki ölkədə neft və qaz sahəsində genişmiqyaslı işlər görüb. Məsələn, məlumdur ki, Azərbaycan Gürcüstanın əsas təbii qaz tədarükçüsü olaraq qalır. Belə ki, ötən il müxtəlif müqavilələr əsasında Gürcüstana idxal olunan təbii qazın 93%-i Azərbaycanın payına düşüb.

Bundan başqa, Azərbaycan Gürcüstanın neft bazarında da hazırda dominant mövqedədir. Türkiyədə də Azərbaycanın mövqelərinin sürətlə güclənməsi müşahidə edilir. Cari ilin ilk rübünün yekunları Azərbaycanın qardaş ölkənin qaz bazarında artıq lider mövqedə olduğunu göstərir. Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatının səsləndirdiyi məlumatlar da bunu təsdiq edir. Qurumun məlumatına əsasən, təkcə mart ayında Türkiyə Azərbaycandan 924 milyon kubmetr təbii qaz idxal edib. Bildirilir ki, martda Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi fevral ayı ilə müqayisədə 65 milyon kubmetr artıb. Azərbaycan martda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ilk yerdə qərarlaşıb. Bu ilin yanvar-mart aylarında Türkiyə Azərbaycandan 2 milyard 728 milyon kubmetr təbii qaz alıb. Qeyd edək ki, keçən il qardaş ölkənin Azərbaycandan təbii qaz idxalının həcmi 9 milyard 593 milyon kubmetr təşkil edib. Cari ilin sonunda bu rəqəmin daha yüksək hədlə ifadə olunması gözlənir.

Türkiyə Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) və TANAP-la idxal edir. Xatırladaq ki, Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib, hazırda Azərbaycan Gürcüstan və Türkiyəyə “Şahdəniz” təbii qazını çatdırır. 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli, planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlayıb. TANAP boru kəməri ötən il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-la bu il 4 milyard kubmetr, 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək. TANAP boru kəmərinin ikinci fazası isə keçən il noyabrın 30-da istifadəyə verilib. Cari ilin yanvar-aprel aylarında TANAP boru kəməri ilə Türkiyəyə 1,3 milyard kubmetr təbii qaz göndərilib. İstismara veriləndən bu il mayın 1-dək isə TANAP-la Türkiyəyə 5,1 milyard kubmetrdən çox qaz nəql edilib.

Hazırda Türkiyə ən əlverişli şərtlərlə qazı məhz Azərbaycandan alır. Bu fonda idxal qaz həcminin daha da artması gözlənir. Bu isə o deməkdir ki, Azərbaycan Türkiyənin qaz bazarında liderliyini daha da gücləndirəcək. STAR Neft Emalı Zavodu və  Türkiyənin ilk neft-kimya zavodu olan “Petkim” şirkəti hesabına Azərbaycan qardaş ölkədə mövqelərini daha güclü hala gətirir. Xatırladaq ki, Azərbaycan STAR-a 6,3 milyard dollar həcmində sərmayə qoyub. Zavodda ildə 10 milyon ton xam neftin emalı mümkündür. SOCAR 2008-ci ildə Türkiyənin ilk neft-kimya zavodu olan “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard dollara alıb. Ötən illər ərzində “Petkim”ə 800 milyon dollaradək investisiya qoyulub. Bundan başqa, SOCAR-ın Türkiyədə inşa edəcəyi yeni neft-kimya kompleksi 2024-cü ildə istifadəyə veriləcək. STAR zavodunun baş direktoru Mesut İlter bildirib ki, artıq qiymətləndirmə və mühəndislik işləri başlayıb:“Təxminən 1,8 milyard dollarlıq investisiya nəzərdə tutulur. 2020-ci ilin sonu 2021-ci ilin əvvəlində zavodun inşasına başlanması gözlənir. Hədəfimiz zavodun tikintisini 2024-cü ildə başa çatdırmaqdır. Bu zavod sayəsində Türkiyənin saf tereftal turşusu (PTA) idxalı sıfıra enəcək. Hazırda “Petkim” Türkiyənin neft-kimya məhsuluna tələbatının 18 faizini ödəyir. Bu sərmayə ilə həmin nisbət 40 faizədək artacaq”. “Petkim”in baş direktoru Anar Məmmədov məsələ ilə bağlı bildirir: “Beynəlxalq ticarətdə və iqtisadiyyatda böyük bir bazar olan Türkiyədə neft və kimya məhsullarına olduqca böyük tələbat var. Türkiyənin ilk və yeganə neft-kimya zavodu olan “Petkim” bu gün qardaş ölkənin neft və kimya məhsullarına olan tələbatının 18 faizini təmin edir. Türkiyə tələbatın qalan hissəsini isə idxal edir. Bu onu göstərir ki, hazırda Türkiyədə 4 əlavə “Petkim” məhsullarına yetəcək bazar mövcuddur. Türkiyə bazarının böyüklüyünü nəzərə aldıqda, bu sərmayələrin nə qədər rasional və Azərbaycan üçün əhəmiyyətli olduğunu görərək. Bu sərmayələrin yatırılmasının ikinci ən vacib tərəfi isə Türkiyənin coğrafi mövqeyidir. Üç tərəfdən dənizlərlə əhatə olunan Türkiyə beynəlxalq bazarlara çıxa bilmək üçün ən stabil, etibarlı və iqtisadi cəhətdən əlverişli ölkədir. Bu baxımdan Türkiyəyə yatırılan bu investisiyalar Azərbaycanın iqtisadi və siyasi baxımdan daha da güclənməsi üçün olduqca vacibdir”. Onun sözlərinə görə, dünyada uğurlu neft və kimya müəssisələri neft emalı zavodları ilə inteqrasiyalı şəkildə fəaliyyət göstərən müəssisələrdir:“Türkiyədə neft emal məhsullarına olan tələbatın çox böyük həcmdə olması və qardaş ölkənin bu məhsulları xaricdən idxal etməsi STAR zavodunun burada inşasının nə qədər önəmli olduğunun göstəricisidir. STAR NEZ-in “Petkim”lə inteqrasiya şəklində uğurlu bir formada fəaliyyət göstərməsi bir daha göstərir ki, “Petkim”ə investisiya qoyulması nə qədər uzaqgörən bir qərarın nəticəsidir”. Bütün bunlar, yuxarıda qeyd olunduğu kimi, həm də Azərbaycanın Türkiyənin enerji bazarında mövqelərini daha da gücləndirir.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ