Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycan Türk dünyasını bir araya gətirən əsas dövlət mövqeyində... Üstəlik, Bakı-Tiflis-Qars...

Image


Türkdilli dövlətlər arasında siyasi, iqtisadi inteqrasiyanın dərinləşməsi istiqamətində bu gün Azərbaycanın kifayət qədər vacib rol oynaması birmənalı həqiqətdir. Bu proses, xüsusən koronavirus pandemiyasının genişlənməkdə olduğu indiki dönəmdə özünü daha qabarıq formada büruzə verir. Aprelin 10-da videokonfrans vasitəsilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  fövqəladə zirvə görüşündən sonra isə proses daha aydın şəkildə nəzərə çarpır.  

Xatırladaq ki, bu görüşün təşəbbüskarı qurumun fəaliyyətdə olan sədri kimi Prezident İlham Əliyev olub. Elə bundan sonra əməkdaşlığın konkret istiqamətləri üzrə nəticələr əldə edilməsi məqsədilə bir-birinin ardınca Türk Şurasının müxtəlif istiqamətli toplantıları baş tutub. Hadisələrin inkişaf axarı artıq Türk Şurasında inteqrasiyanın daha sürətlə dərinləşəcəyini göstərir. Xüsusən də iqtisadi müstəvidə. Yeri gəlmişkən qeyd edək ki, bu prosesdə yenə Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti indi xüsusi rol oynamağa başlayıb. Belə ki, bu xətt vasitəsilə türkdilli ölkələr arasında ticarət əlaqələri daha da dərinləşir. Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu da xüsusi olaraq vurğulayır:“Koronavirus pandemiyasına qarşı görülən tədbirlər çərçivəsində xarici ticarətdə dəmir yolu ilə daşımalara tələb gündən-günə artır. Bu məqsədlə Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tutumunu 3 500 ton artırmaq üçün Türkiyə-Gürcüstan sərhədinin Türkiyə tərəfində yerləşən "Canbaz" stansiyasında konteyner ötürmə sistemi qurulub”. Onun sözlərinə görə, pandemiya dövründə təhlükəsizliyin yüksək olması səbəbilə dəmiryol nəqliyyatı vasitəsilə yüklərin nəql edilməsinə tələbat artıb:“Xüsusilə Orta Asiya ilə xarici ticarət əlaqələrində BTQ-yə tələbdə artım müşahidə olunur”. Yeri gəlmişkən qeyd edək ki, daha bir Orta Asiya ölkəsi yüklərin qəbul və ixracının Bakı-Tiflis-Qars vasitəsilə Azərbaycan üzərindən həyata keçirilməsinə start verib. Belə ki, Qırğızıstan yükdaşıyıcıları Türkiyəyə və əks istiqamətdə daşımaların yeni dəmiryol marşrutunu hazırlayıb və reallaşdırıb. Qırğızıstanın Ticarət-Sənaye Palatası bildirir ki, bu marşrut Azərbaycan ərazisindən keçir. Ticarət-Sənaye Palatasına nəqliyyat alt komitəsinin sədri Talant Matkerim bildirib ki, Türkiyənin "Arkas Logistik" şirkəti ilə razılaşma üzrə Oş şəhərində Türkiyədən gələn 40 konteyner qəbul edilib. Bu yük Gürcüstan və Azərbaycan ərazisindən, daha sonra dəniz yolu ilə Türkmənistana çatıb. Yük bu ölkədən dəmir yolu ilə Özbəkistandan keçərək Qırğızıstanın Oş şəhərinə gəlib:"Əvvəllər biz avtomobil yolu ilə yük nəql edirdik. Amma koronavirusla əlaqədar dövlət sərhədlərini keçməkdə problem yarandı və sahibkarlar zərər çəkməyə başladı. Multimodal daşımaların işə düşməsi həm yüklərin ləngiməsinin qarşısını alacaq, həm də tədarük həcmlərini artırmağa imkan verəcək".

Hazırda Azərbaycan Orta Asiya ölkələrinin Bakı-Tiflis-Qarsa cəlbi istiqamətində fəal iş aparır. Bu prosesdə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi olan “ADY Express” MMC də mühüm rol oynayır. “ADY Express”in direktoru Azad Qasımov məsələ ilə bağlı qeyd edir:“ADY Express” MMC Türkiyə ilə Mərkəzi Asiya arasında artan ticarət əlaqələrindən irəli gələn ticarət dövriyyəsinin artacağını proqnozlaşdıraraq bu bazarda fəaliyyətini genişləndirməyi planlaşdırır. Burada qeyd edim ki, buna hazırlıq işləri artıq 2019-cu ildən başlanıb. 2019-cu il dekabr ayında Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycanın təşəbbüsü ilə yaradılan beynəlxalq multimodal marşrutun (Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan– Türkiyə/Avropa) inkişafı üzrə 5 ölkənin - Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın dəmir yolları rəhbərlərinin birinci çoxtərəfli görüşü olub. Görüşdə bu dəhlizin inkişafı üzrə Əlaqələndirmə Komitəsi haqqında əsasnamənin yaradılması və qəbul edilməsi, marşrut üzrə vahid tariflərin hazırlanması və yüklərin daşınması şərtləri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. Eyni zamanda, Mərkəzi Asiya regionunun ən böyük ölkəsi olan Qazaxıstanla da əlaqələrimizi dərinləşdiririk. Bu ölkənin Türkiyə, Avropa və Aralıq dənizi ölkələri ilə artan ticarət dövriyyəsindən yararlanaraq əlavə yüklərin cəlb olunmasına çalışırıq və artıq bu istiqamətdə də nailiyyətlərimiz var. Bununla yanaşı, şirkətimiz "Azərbaycan Dəmir Yolları" ilə birgə Uzaq Şərqi Asiya regionu ilə Avropa arasında yüklərin nəqlində iştirak etmək üçün ötən il başlanan danışıqları davam etdirərək yeni növ yüklərin Azərbaycan ərazisindən keçən beynəlxalq tranzit marşrutlara cəlb olunması üçün səylərini artıracaq”.

Burada bir məqamı da qeyd edək ki, Uzaq Şərqi Asiya regionu və Avropa ilə yanaşı MDB-nin ən böyük iqtisadiyyatına malik Rusiyanın da Bakı-Tiflis-Qarsa marağı artır. Artıq məlumdur ki, hələ 2018-ci ilin iyun ayından Rusiya bu dəmir yolundan istifadə edir. O vaxt Rusiyadan ilk dəfə Qarsa taxılın məhz bu dəmir yolu vasitəsilə nəqlinə start verilib. Bunun ardınca Rusiyanın "Maqnitoqorsk Metallurgiya Kombinatı"nın məhsulunun da Bakı-Tiflis-Qarsla daşınmasına başlanıb. Yaxın zamanlarda şirkət tərəfindən daha 24 000 ton yükün BTQ vasitəsilə nəql edilməsi planlaşdırılır. Eləcə də Rusiyanın daha bir nəhəngi sayılan “Evraz Nijnetaqilskiy metallurqiçeskiy kombinat” şirkətinin Türkiyə bazarına çıxartdığı məhsulunun Bakı-Tiflis-Qars dəmir yolu ilə daşınmasına start verilib. Qeyd edək ki, “Evraz Nijnetaqilskiy metallurqiçeskiy kombinat”ı da dünyanın ən iri metallurgiya və dağ-mədən şirkətlərindən biridir. Polad istehsalına görə dünyada 15-ci yerdədir. BTQ dəmir yolunun yaratdığı imkanlar hesabına gələcəkdə təkcə Rusiyanın "Maqnitoqorsk Metallurgiya Kombinatı" və "Evraz Nijnetaqilskiy metallurqiçeskiy kombinat" şirkətlərinə məxsus ayda 100 min ton yükün daşınmasının mümkün olacağı proqnozlaşdırılır.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ