26/05/2020 22:35
728 x 90

Azərbaycana baxillər, steril və qeyri-steril əlcəklər və tibbi maskaların idxalı ƏDV-dən azad olundu

img

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərman imzalayıb.

Fərmana əsasən, "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"na əlavələr edilib. Belə ki, baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı əlavə dəyər vergisindən azad olunub.

Fərman cari il iyunun 1-dək qüvvədədir.

Son xəbərlər