Cümə axşamı günü, 15 oktyabr 2026
     

Prezidentdən sahibkarlara "işçiləri ixtisar etməyin"çağırışı - cavab reaksiyaları necə olmalı idi…

Image


Natiq Cəfərli:“Hesab edirəm ki, Prezidentin çağırışı daha çox  böyük holdinqlərə, banklara və digər iri biznes strukturlarına aiddir, bu qurumlar da öz öhtəsinə düşən işi görməlidir”         

Koronavirusla bağlı Azərbaycanda karantin elan edilib və karantin müddətində, bir sıra sahələr istisna olmaqla, başqa istiqamətlərdə özəl və dövlət sektorunda fəaliyyət müvəqqəti olaraq dayandırılıb, yaxud məhdudlaşdırılıb.  Koronavirus təhlükəsilə bağlı fəaliyyəti məhdudlaşdırılan bəzi özəl qurumların, sahibkarların işçiləri ixtisara salmasına dair təhlükəli xəbərlər dolaşır. Azərbaycan dövləti dövlət sektorunda    çalışan və karantin tədbirləri ilə əlaqədar olaraq fəaliyyət göstərməyən işçilərin aylıq maaşını tam ödəyir. Amma bəzi sahibkarlar, ehtiyac olmadığı halda, müvəqqəti yaranan problemə görə ixtisarlar haqqında düşünür. Heç şübhəsiz, dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyev işçiləri ixtisara salmamaları üçün sahibkarla, özəl şirkətlərin rəhbərlərinə çağırışlar edib. Ölkə başçısı bu dəfə də ənənəsinə sadiq qalaraq             sahibkarlara  çağırışlar edib ki, işçiləri ixtisara salmasınlar.  Martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi – Hövsan yaşayış kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir daha sahibkarları işçiləri ixtisara salmamağa çağırıb. “…Eyni zamanda, biz artıq çox ciddi çağırışlar etmişik. Fürsətdən istifadə edərək, mən bu çağırışı bu gün bir daha da etmək istəyirəm bütün sahibkarlara ki, onlar işçiləri ixtisar etməsinlər. Çünki indiki şəraitdə bunu etmək bizim həmrəylik təşəbbüsümüzə zidd ola bilər. Ancaq təbii ki, əgər sahibkarın da fəaliyyəti məhdudlaşıbsa, o, itkilərə məruz qalır və burada dövlət öz dəstəyini verməlidir. Dövlət bunu edəcək. Bu xəstəliklə bağlı ən həssas sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri də ediləcək, digər imtiyazlar da veriləcək. Ancaq bizim əsas tələbimiz və tövsiyəmiz ondan ibarətdir ki, sahibkarlar işçiləri ixtisar etməsinlər. Ona görə bu bir milyard manat məbləğində vəsaitin necə xərclənəcəyi haqda vətəndaşlara müntəzəm olaraq məlumat veriləcək. Çünki burada məşğulluq məsələləri ön plandadır, makroiqtisadi sabitlik təmin edilməlidir”.

İqtisadçılar hesab edir ki, sahibkarlar ölkə başçısının çağırışlarına öz işləri ilə cavab verməlidir.  Onlar hesab edir ki, Prezident İlham Əliyev əslində bu çağırışı etməkdə özəl qurumları, sahibkarları bu ağır vəziyyətdə xalqla həmrəy olmağa, onlara qayğı göstərməyə çağırır. 

Tanınmış iqtisadçı Ruslan Atakişiyev baki-xeber.com-a bildirdi ki, sahibkarlar Prezidentin çağırışına birmənalı olaraq əməl etməlidir. R.Atakişiyev vurğuladı ki, burada sahibkarın üzərinə düşən ən ümdə vəzifə odur ki, qanunla işə götürdüyü  işçini işdən çıxarmasın. “Məsələ ondan ibarətdir ki, vəziyyətlə əlaqədar olaraq bəzi özəl şirkətlərdə problem yaranıb. Hansı şirkətlər ki rəsmi şəkildə işə işçi götürüb və onlara maaş ödəyir, həmin şirkətlər, sahibkarlar vəziyyətdən sui-sitifadə edərək işçiləri ixtisara salmamalıdır. Dövlət onsuz da həmişə sahibkarlara dəstək olur. Dövlət həqiqətən də sahibkarlara ediləcək yeni güzəştlər üzərində işləyir. Onlara vergi və digər güzəştlərlə bağlı işlər gedir. Dövlət öz tenderlərində sahibkarlara daha çox imkan yaratmağa çalışacaq ki, onlar daha çox  iştirak etsinlər. Sahibkarlar indiki vəziyyətdə mövcud işçilərini işdən çıxarmamalıdır, onların əməkhaqlarını müvəqqəti olaraq azaltmaq yolu ilə də olsa işçiləri saxlamalıdır. Hesab edirəm ki, sahibkarlar sui-istifadə hallarına yol verməməlidir. Çağırışın da mahiyyəti bundan ibarətdir ki, sahibkarlar fürsətdən istifadə edib vətəndaşları işdən azad etməsinlər. Sahibkarlar  Prezidentin çağırışına əməl etməli və heç bir halda işçiləri işdən çıxarmamalıdır, əksinə, onların fəaliyyətini təmin etməlidir”-deyə R.Atakişiyev qeyd etdi.

Digər tanınmış iqtisadçı Natiq Cəfərlinin məsələyə münasibəti belə oldu:“Azərbaycanda orta və kiçik sahibkarlıqla məşğul olanların sayı kifayət qədər çoxdur. Bu dövrdə koronavirusla bağlı qanunla  müəyyən edilmiş qaydalarla əlaqəli bir çox   biznes sahələri, o cümlədən də turizm, ictimai iaşə, qeyri-ərzaq ticarət sahələrində dövriyyələrin ciddi azalması müşahidə olunur. Təbii ki, bu sahədə çalışan kiçik və orta sahibkarlar öz bizneslərini ayaqda saxlamaq üçün çətinliklərlə üzləşirlər. Hesab edirəm ki, Prezidentin çağırışı daha çox böyük holdinqlərə, banklara və digər iri biznes strukturlarına aiddir, bu qurumlar da               öz öhdəsinə düşən işi görməlidir. Çünki onların daha çox imkanları var ki, ən az bir neçə ay öz işçiləri ilə bağlı daha humanist davransınlar, onların işdən azad olunmasını saxlasınlar. Prezident sahibkarları doğru olaraq çağırdı ki, işçilərinə qarşı humanist davranıb, hətta işləməsələr belə, onların əməkhaqqını ödəsinlər. Böyük holdinqlər, şirkətlər bunu edə bilərlər və etməlidirlər də”.

N. Cəfərli qeyd etdi ki, koronavirusla bağlı həyata keçirilən məhdudlaşdırıcı tədbirlər nəticəsində zərər çəkən kiçik və orta sahibkarlara  dövlət tərəfindən yardımlar edilməlidir ki, onlar da nəticə etibarı ilə öz işçiləri ilə bağlı pozitiv qərar verə bilsinlər.

İradə SARIYEVA                                                                                           



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ