Cümə axşamı günü, 15 oktyabr 2026
     

Bir çox ölkələrin milli valyutaları çökdürülür, Azərbaycan manatı risqlərdən sığortalıdır

Image


Dünya iqtisadiyyatında yaranan son vəziyyət indi, əksər ekspertlərin fikrincə, yeni qlobal böhranın yaşana biləcəyini qətiyyən istisna etmir. Çünki koronavirus infeksiyasının yayılması qlobal iqtisadi artımın sürətini əhəmiyyətli dərəcədə azaldıb və görünən odur ki, bu proses hələ müəyyən müddət davam edəcək.

Hazırda dünya iqtisadiyyatının artım tempi aşağı düşür, maliyyə sektoru çətin vəziyyətə yuvarlanır, aktivlərin dəyəri azalır. Nəqliyyat və daşımalara qoyulmuş məhdudiyyətlərə görə dünya ölkələrinin yanacağa, başqa sözlə, neftə tələbatı xeyli azalıb və bu hal da qiymətləri aşağı salır. Ekspertlər hesab edir ki, qarşıdakı bir neçə ay ərzində vəziyyət indiki şəkildə davam edərsə, yeni qlobal maliyyə böhranı qaçılmaz olacaq. Bu hal, xüsusən də maliyyə və səhm sektoruna ciddi təsir göstərməkdə davam edir.

Aparılan araşdırmalar həm də bu qənaətə gəlməyə əsas verir ki, bir çox ölkələrdə milli valyutalar da dəyər itirməkdə davam edəcək. Bura Azərbaycana qonşu ölkələr də aid edilir. Yaranmış durumda məhşur “Bloomberg” agentliyi milli valyutaların gələcəyi ilə bağlı maraqlı təhlil hazırlayıb. Həmin təhlildə qeyd olunur:“İnkişaf etməkdə olan bazarların valyutaları 30%-ə qədər ucuzlaşma ilə üzləşəcək. ABŞ-ın səhmləri də, qlobal maliyyə böhranında olduğu kimi, kronavirusa görə ucuzlaşma dalğasına məruz qalacaq. İnkişaf etməkdə olan ölkələrin valyutalarında əhəmiyyətli satış enişlərini nəzərə alaraq, dollar rublla müqayisədə 30%, Çili pesosu ilə müqayisədə 23% daha da güclənə bilər və itkinin 50%-ə qədər artması gözləniləndir. Bunun əksinə, ABŞ valyutasının Çin yuanına qarşı cəmi 1% üstünlük əldə etməsi ehtimalı var. Təhlillər cari hesab kəsirləri və nisbətən likvid maliyyə bazarları olan ölkələrin valyutalarının dolların möhkəmliyinə ən həssas olduğunu göstərir. Bunlara Cənubi Afrika, İndoneziya və Hindistanla yanaşı, Latın Amerikasındakı bir sıra dövlətlərin milli valyutaları daxildir. Bunun əksinə olaraq, profisiti olan ölkələrin, yəni Tailand və Tayvanın valyutaları möhkəmlənəcək. Rublun mövqeyi sarsılacaq. Rusiyada cari hesabın profisiti olsa da, qlobal iqtisadiyyatdakı eniş və neftin qiymətində sürüşmə ilə bağlı valyutası ağır itkilərə məruz qalır. Tədqiqata daxil olan 17 cütlük arasında Türkiyə lirəsinin dollara qarşı ən böyük potensial enişə məruz qalacağı təsbit edilib, lakin səlahiyyətlilər dəyişdirmə əməliyyatlarına girişi məhdudlaşdırdıqdan sonra valyuta ticarətinin sərbəstliyi azalıb. Koronavirusun amansız yayılması və neft qiymətlərində eniş nəticəsində dollar Çili pesosu ilə müqayisədə 20%, rubla qarşı isə 18% güclənib. İnkişaf etməkdə olan bazarların valyutaları artıq qan axıtsa da, daha çox itki verə bilərlər”. Qonşularımızdan Rusiya və Türkiyə ilə yanaşı, Gürcüstan və İran milli valyutaları da dəyər itirir. Gürcüstanda dolların milli valyuta olan lariyə münasibətdə bahalaşması davam edir. Son 5 ildə dollar ilk dəfə olaraq 3 larini keçib.  İranda devalvasiya qeydə alınır. Ermənistanda hökumətin milli valyutanı sabit saxlamaq üçün imkanları yoxdur. Özü də bütün bunlar ABŞ-ın dolları ucuzlaşdırmağa çalışdığı bir vaxtda qeydə alınır. Hadisələrin inkişaf axarı göstərir ki. regionda ən dayanıqlı valyuta qismində manat çıxış edir. Azərbaycanın iqtisadi siyasəti və valyuta siyasəti manatın dayanaqlı həddə qalmaqda davam edəcəyini göstərir.  Bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov da xüsusi olaraq vurğulayır. O xatırladır ki, Mərkəzi Bank mövcud ehtiyatlarla dollara olan tələbatı ödəmək imkanına malikdir:“ABŞ Federal Ehtiyat Sistemi tərəfindən uçot dərəcəsinin aşağı salınması da Azərbaycan manatına təsir etməyəcək. Federal Ehtiyat Sisteminin uçot dərəcəsini aşağı salması daha çox ABŞ-ın ixrac imkanlarının genişləndirilməsi və səbət valyutalarının dəyərinin artmasının qarşısının alınması məqsədilə qəbul edilib. Bu qərarın qəbul edilməsi həm də ABŞ dollarının səbət valyutalarına nisbətdə möhkəmlənməsi məqsədi güdür. Təbii ki, bu məsələdə dünyanı öz ağuşuna alan koronavirusun rolu böyükdür. ABŞ dollarla bağlı məzənnəni qoruyub saxlamaq üçün bu addımı atmağa məcbur olub. Çünki dolların möhkəmlənməsi ABŞ-ın ixrac imkanlarına mənfi təsir göstərir. ABŞ dollarında ucuzlaşmalar gözlənilmir, amma səbət valyutasına münasibətdə ABŞ dollarının məzənnəsində müəyyən dəyişikliklər olacaq”.

Deputat qeyd edib ki, Federal Ehtiyat Sistemi tərəfindən uçot dərəcəsinin aşağı salınması Azərbaycan bazarına ancaq psixoloji təsir göstərə bilər:“Prinsip etibarilə ABŞ dollarının dünya bazarında ucuzlaşması inkişaf etməkdə olan ölkələrin valyutaları üçün cəlbedicidir. Bu da həmin ölkələrdə valyutaya təsirin minimallaşdırılmasına gətirib çıxarır. FES-in uçot dərəcəsini aşağı salmasının Azərbaycanın milli valyutası üçün elə bir təhlükəsi yoxdur. Bu kontekstdə Mərkəzi Bankda manatın dollara nisbəti növbəti dövlərdə də sabit qalacaq. Düzdür, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar təbii olaraq dollara tələbat artıb. Bu hal nəinki Azərbaycanda, eləcə də Rusiya və Qazaxıstanda müşahidə olunur. Növbəti dövrlərdə manatın məzənnəsi ilə bağlı açıqlama Mərkəzi Bank tərəfindən veriləcək. Mərkəzi Bank mövcud məzənnəni qoruyub saxlamaq, dollara olan tələbi növbəti dövrlərdə ödəmək niyyətindədir”.

Digər ekspertlər də bu qənaətdədir ki,  böyük valyuta ehtiyatları və Neft Fondunun cari il ərzində təxminən 5 milyard dolları manata çevirmək öhdəliyi də milli valyutanın sabitlyinə təminatdır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ