Bazar ertəsi günü, 24 avqust 2026
     

Almaniyada yaşayan məşhur taekvandoçumuz federasiya rəhbərliyindən inciyib getdiyini açıqladı... - MÜSAHİBƏ

Image


“Bu olaydan sonra Azərbaycanda qala bilməzdim”
Qüdrət Kərimov: “Vətəndə çox güclü bir məktəb qoyub getmişəm”

 

“Qürbətdən gələn səslər”in izi ilə yeni yola çıxmışıq. Məqsədimiz Vətəndən uzaqlarda yaşayan, idman, ədəbiyyat, mədəniyyət, elm və təhsil sahəsində nailiyyətlər qazanan, yaşadıqları ölkələrdə xalqımızı layiqincə təmsil edən soydaşlarımızın taleyi ilə maraqlanmaq, onların fəaliyyətlərini oxuculara çatdırmaqdır.

Onları canlarından əziz bildikləri Vətəndən qürbət ellərə çəkib aparan taleləridir. Vətəndən uzaqlarda, dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımız Azərbaycan sevgisini isti, doğma bir hiss kimi qəlblərində, ruhlarında, əməllərində yaşadırlar.

Hazırda ölkəmizdən kənarda yaşayan və öz fəaliyyətləri ilə xalqımıza, dövlətimizə başucalığı gətirən, qəlbən, ruhən azərbaycançılıq məfkurəsinə bağlı olan bu insanlar zamanında respublikamızın idman, mədəniyyət, elm-təhsil və ictimai həyatında izlər qoyub, məktəb yaradıblar.

Taleyin qürbət ellərə çəkib apardığı görkəmli insanlarımızdan biri də Almaniyada yaşayan Qüdrət Kərimovdur. Adını əbədi olaraq Azərbaycanın idman tarixinə yazan, yüzlərlə idmançı yetişdirən, çox güclü taekvando məktəbi yaradan Qüdrət Kərimov bu gün yaşadığı Almaniyada da taekvandoya  sadiq qalıb. “Mənim həyatım taekvando ilə bağlıdır” deyən Q.Kərimov 1989-cu ildə respublikamızın görkəmli bədən tərbiyəsi və idman ustası, bir sıra Şərq əlbəyaxa döyüş növləri ilə yanaşı, taekvando idman növünü də Azərbaycana gətirən və burada böyük bir məktəb yaradan  Süleyman Məmmədlinin yanında taekvando məşqlərinə başlayıb. Məşqlərə başladıqdan 1 il sonra, yəni 1990-cı ildə Azərbaycan çempionatının ikincisi olub.

Sonrakı illərdə dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi və mükafatçısı olub. 1992-ci ildə “Ocaq” cəmiyyətində məşqçilik fəaliyyətinə başlayıb. Artıq 1994-cü ildə yetirmələri respublika yarışlarında öz hünərlərini göstərməyə başladılar. Uzun illərdir Almaniyada yaşayan Q.Kərimov burada 2008-2010-cu illərdə “Sportşule” Asiyada, 2010-2015-ci illərdə “Taekvando Team” Düsseldorfda məşqçi işləyib.

2010-cu ildən “NRW” Şimali Reyn Vestfaliya əyalətinin Taekvando Birliyinin “A” kateqoriyalı hakimidir. 2015-ci ildə “Sportakademie Karimov” idman klubunu yaradıblar. Qüdrət müəllim VI dan qara kəmər sahibidir. Almaniyada “NRW” üzrə bir neçə klubun imtahanlarının qəbulu da ona həvalə edilib.

2014-cü ildə “Azərbaycan” mədəniyyət və idman dərnəyini yaradıb. Bu dərnəyin ətrafında yüzdən çox ailə toplanıb. Dərnəkdə uşaqlar üçün dərsdən sonra hazırlıq, alman dili kursları təşkil edilib.

“Facebook” üzərindən görkəmli idman ustası Q.Kərimovla əlaqə saxlayaraq ona suallarımızı ünvanladıq. 

- Qüdrət müəllim, müasir Azərbaycan taekvando məktəbinə münasibətiniz necədir? İzləyirsinizmi?

- Azərbaycan Taekvando Federasıyasının uğurları məni hər zaman sevindirir. Sadəcə, yeni məşqçi-müəllimlərin kvalifikasiyası artırılmalıdır deyə düşünürəm. Klubların imkanları daha da artırılmalıdır.

Mən Vətəndə çox güclü bir məktəb qoyub getmişəm. Tələbələrimə və məşqçi yoldaşlarıma etimadım böyükdür.

- Siz Azərbaycanda taekvandonu təbliğ edən, yayan, eyni zamanda da uşaqlara, yeniyetmə və gənclərə təlqin edən, öyrədən bir məşqçi-müəllim olmusunuz. O zamanlar bu sahəyə maraq hansı səviyyədə idi?

- O zamanlar taekvandonu tanıyan cox az insan var idi. Reklamları özümüz hazırlayıb, şəhərin hər yerinə yapısdırırdıq. Taekvandonu karate ilə səhv salırdılar. Amma təbii ki, məşqə gələnlər fərqini görürdülər.

-  Sizin özünüz taekvando dərslərini Süleyman Məmmədlidən almısınız... O dövrdə elə də populyar olmayan bir idman növünə marağınız necə yarandı?

- Bəli, Süleyman müəllimin tələbəsiyəm və bununla fəxr edirəm. Taekvandoya gəlişim isə bir dostumun dəvətilə oldu. 1989-cu ildə məsqlər Xoreoqrafiya Məktəbində keçirilirdi. Evimizə yaxın olmağı məni bir az da həvəsə gətirdi. Məsqə basladıqdan sonra isə taekvando çox xoşuma gədi.

- Qüdrət müəllim, 1989-cu ildə Süleyman müəllimin yanında taekvando idman növü üzrə məşqlərə başlamısınız, bundan 1 il sonra isə, yəni 1990-cı ildə Azərbaycan çempionatının ikincisi olubsunuz. Sizə stimul verən nə oldu ki, qısa bir müddətdə belə yüksək nəticə əldə edə bildiniz?

- Mən 7 yaşımdan 14 yaşıma qədər idmanın sərbəst güləş və cüdo növləri ilə məşğul olmuşam. Taekvandoya başladığım zaman fiziki hazırlığım var idi. 1 ildən az taekvando məşqlərindən sonra ilk yarışım Azərbaycan çempionatı oldu. Təbii ki, qarşıma qələbə qazanmaq hədəfini qoymuşdum. Amma komandamızın o biri idmançılarının ruh yüksəkliyi ilə keçirdiyi döyüşləri və hər birinin qalib gəldiyi zaman sevincləri mənə daha da ruh yüksəkliyi, qələbə əzmi verdi.

- Bu gün Azərbaycanda saysız taekvando klubu, mərkəzləri fəaliyyət göstərir. Hətta bölgələrdə də bu sahəyə maraq böyükdür. Klub məşqçilərinin də bir çoxları Sizin yetirmələrinizdir. Onları izləyə bilirsinizmi və bu Sizdə hansı hisslər yaradır?

- 1992-ci ildən məşqçilik fəaliyyətim başladı. Bir müddət sonra Süleyman müəllimə bəzi rayonlardan taekvandonu öyrənmək istəyən karate məşqçiləri müraciət etməyə başladılar. O da həmin rayonlarda məşqçilərə yardımçı olmaq üçün məni göndərirdi. Beləliklə, bir neçə rayonda taekvandonun inkişafında mənim də payım var.

- Hazırda Almaniyada yaşayırsınız. Ora hansı səbəbdən getdiniz?

- 2004-cü ildə federasiyanın o vaxtkı rəhbərliyi ilə aramızda olan anlaşılmazlıqlara görə federasiyadan uzaqlaşdırıldım. Mənə qarşı olan haqsızlıqlardan federasiyanın prezidenti Kəmaləddin Heydərovun xəbərinin olmadığına əmin idim. Bu olaylardan sonra artıq Azərbaycandan kənarda çalışmağa qərar verdim. 2005-ci ildən sonra ailəmlə Almaniyaya gəldim.

- Almaniyada müəllimlik-məşqçilik fəaliyyətinizi davam etdirirsinizmi?

- Almaniyaya gəldiyim andan Almaniya Taekvando Birliyinə baş çəkdim. Məni yaşadığım əyalətin Taekvando Federasiyasına yönləndirdilər (NWTU). Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin A kateqoriyalı hakimiyəm. 2015-ə qədər Taekvando Team Düsseldorfda məşqçi kimi çalışmışam. 2015-də “Sportakademie Karimov” idman klubunu qurmuşam. Taekvando üzrə 6-cı dan qara kəmər sahibi və beynəlxalq instruktoram. Bir neçə klubla müqaviləm var. Bu müqavilələr əsasında klublardakı məşqçi və tələbələrdən imtahan götürə bilirəm.

- Qürbət eldə yaşamaq asandırmı? Orada taekvandonun inkişafı necədir?

- Qürbət eldə yaşamaq çox çətindir. Qürbətdə olmaq o demək deyil ki, sevdiyin işi görməyəsən. Mənim həyatım taekvando ilə bağlıdır. Onsuz mən yaşaya bilmərəm. Bütün Azərbaycana, azərbaycanlı idmançılara, xüsusilə taekvandoçularımıza uğurlar arzulayıram. Avropa ölkələri bizim milli dəyərlərimizə zidd olan ölkələrdir. Azərbaycanda yaşadığım zaman “Avropa mədəniyyəti” ifadəsini çox eşitmişdim. Təsəvvürüm başqa idi. Buraya gəldikdən sonra isə məyus oldum. Avropada taekvandonun inkişafı üçün hər bir şərait var. Lakin avropalıların döyüş növlərinə qarşı ciddiyyətləri yoxdur

- Bu gün Azərbaycan taekvandoçuları Olimpiya Oyunlarında, Avropa və Dünya çempionatlarında uğurlar qazanırlar. Onların uğurları Sizə necə təsir edir?

- Azərbaycan taekvandoçularının uğurları məni həqiqətən də sevindirir. Həmişə yanlarında olmaq istəmişəm. Vaxtım olduqca, milli komandamızı yaxından izləmək, məşqçi yoldaşlarımı və tələbələrimi görmək üçün yarışlara qatılıram (Hollandiya, Belçika, Almaniya və Türkiyədə keçirilən yarışlara). Hətta bu yaxınlarda, 7-12 fevral 2019-cu tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək “4th WT Presidents Cups” yarışına da bu məqsədlə yola düşəcəm.

- Qüdrət müəllim, Siz Almaniyada taekvando idman növünü öyrətməklə yanaşı, həm də burada ictimai fəaliyyətlə məşğulsunuz. “Azərbaycan mədəniyyəti” dərnəyini hansı zərurətdən yaratdınız?

- 2014-cü ildə həyat yoldaşım Elgünə Kərimova ilə qərara gəldik ki, Düsseldorf şəhəri və çevrəsində yaşayan azərbaycanlı ailələri bir araya toplamaq (gətirmək) üçün bir dərnək quraq. Çünki Almaniyada yaşayan azərbaycanlılar, nədənsə, bir araya toplanmırlar, hətta bir-birindən uzaq dururlar. Lakin biz camaatımızı müxtəlif yardımlarla (məsələn, alman dilini bilməyən ailələrə alman dili kursları, məktəblilər üçün dərsdən sonra hazırlıq, müxtəlif dövlət qurumlarından gələn məktubların tərcüməsi və s.) dərnəyimizə cəlb edə bildik. Hazırda dərnəyimizə bağlı olan 100-dən çox ailə var.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

SON XƏBƏRLƏR

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

24.08.2026 / 16:33
Səudiyyə sahillərində tanker vuruldu...

24.08.2026 / 16:24
Azərbaycan-Özbəkistan Əbədi Dostluğunun tarixi, etnik və mədəni aspektləri

24.08.2026 / 16:09
Tarix bir qəsəbədən necə görünür? - “Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24.08.2026 / 15:57
Netanyahu Ərdoğana “diktator-antisemit” dedi – Türkiyə Akın Gurləkin “ağlı“ ilə İnterpola müraciət etsə...

24.08.2026 / 15:33
Günə 77 qəpiyə “Nar”dan smartfon!

24.08.2026 / 15:05
ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

24.08.2026 / 11:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - FOTO

24.08.2026 / 11:43
İran ABŞ-a meydan oxuyur - Bir damla belə neft ixrac edilməyəcək…

24.08.2026 / 11:29
Xətaidə binada yanğın törədən şəxs saxlandı

24.08.2026 / 11:21
Ukraynadan Ozon anbarlarına kütləvi hücum – bir gecədə 4 anbar vuruldu… VİDEO

24.08.2026 / 11:07
Prezident İlham Əliyev Zelenskini təbrik etdi

24.08.2026 / 10:52
Bakıdan qəti tələb - Moskvadan konkret tədbirlər gözləyirik…

24.08.2026 / 10:10
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edildi - üstəlik də 35 milyon manatdan çox cərimə...

24.08.2026 / 09:39
DYP sürücü və piyadalara müraciət etdi - "...telefondan istifadə etməyin"...

24.08.2026 / 09:12
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24.08.2026 / 08:09
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə iddia edir

24.08.2026 / 07:05
ABŞ İran mövzusunda həlledici mərhələyə keçir? - Maliyyə naziri “D günü”nün anonsunu verdi…

24.08.2026 / 06:59
Avropa Birliyindən İsrailə kəskin etiraz - “…iki dövlətli həllin davamlılığını sarsıdacaq”

24.08.2026 / 06:33
İtaliya və Almaniya arasında miqrant gərginliyi artır

24.08.2026 / 06:15
Avropanın 100 diplomatından Fələstin etirazı - İsrailə qarşı sanksiyalar tələb olundu

23.08.2026 / 23:55
“Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir" - Prezident İlham Əliyev

23.08.2026 / 23:53
Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə adlandırdı

23.08.2026 / 23:21
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyuldu - FOTO

23.08.2026 / 23:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO

23.08.2026 / 22:58
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - FOTO

23.08.2026 / 22:47
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu - FOTO/YENİLƏNDİ

23.08.2026 / 22:11
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO

23.08.2026 / 21:56
İrandan qonşu ölkələrə müharibə elanı kimi təhdid – bütün Fars körfəzində neft ixracı dayanacaq...

23.08.2026 / 21:18
Prezidentin Özbəkistan səfəri: Azərbaycanı Xəzərdən Qərbə, Özbəkistanı Mərkəzi Asiyadan Xəzərə bağlayan perspektivlər

23.08.2026 / 21:01
Prezident: "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"

23.08.2026 / 20:58
"Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir" - Prezident

23.08.2026 / 20:56
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - FOTO

23.08.2026 / 20:54
"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir" - Prezident

23.08.2026 / 20:32
Prezident İlham Əliyev Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi

23.08.2026 / 20:30
"Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var" - Prezident

23.08.2026 / 20:27
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

23.08.2026 / 20:25
"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub" - Prezident

23.08.2026 / 20:22
Prezident: "Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur"

23.08.2026 / 20:19
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

23.08.2026 / 20:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

23.08.2026 / 20:05
İran BƏƏ-dən bütün ərazisini müharibə təzminatı kimi Tehrana verməsini istədi…

23.08.2026 / 19:30
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - FOTO

23.08.2026 / 19:19
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO/YENİLƏNDİ

23.08.2026 / 19:01
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

23.08.2026 / 18:55
Azərbaycan Prezidentinin şərəfinə Daşkənd səmasında dronların şousu

23.08.2026 / 18:33
Putin Tramp Çində görüşə bilərlər…

23.08.2026 / 18:21
Səudiyyə, Türkiyə və Pakistan İranı da “Məkkə Sazişi”nə qoşulmağa dəvət etdi…

23.08.2026 / 18:16
Prezidentlər İlham Əliyev və Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - FOTO

23.08.2026 / 18:03
Azərbaycan–Özbəkistan müttəfiqliyinin qarşısında böyük perspektivlər açılır...

23.08.2026 / 17:14
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalandı

23.08.2026 / 17:11
Prezident İlham Əliyev: "Özbəkistan Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə olub"

23.08.2026 / 17:08
"Azərbaycan və Özbəkistanın birgə investisiyalarının həcmi 500 milyon dollardan xeyli yüksəkdir" - Prezident

23.08.2026 / 16:39
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi - FOTO/YENİLƏNDİ

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ