Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə 17–19 iyul tarixlərində Gəncə şəhərində keçirilən "Olimpiya Ümidləri" beynəlxalq turniri uğurla başa çatmışdır.
Turnirdə Birlik Karate Klubunu təmsil edən idmançılar yüksək nəticələr əldə edərək klubun növbəti uğuruna imza atmışlar.
Qaliblərimiz:
Orucova Gülay – U21, -61 kq çəki dərəcəsində qızıl medal
Aslan Ercan – Parakarate, K22 kateqoriyasında qızıl medal
Əsədli Amin – U14, -50 kq çəki dərəcəsində gümüş medal
Səfərov Lətif – Cadet, -70 kq çəki dərəcəsində bürünc medal
Qeyd edək ki, bütün bu idmançıların şəxsi məşqçisi Sənan Cəfərovdur.
ZÜMRÜD