ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə dünya çempionatı sona yaxınlaşır.
Bu gecə mundialın bürünc medallarının sahibi bəlli olacaq. Üçüncü yer uğrunda görüşdə İngiltərə və Fransa yığmaları üz-üzə gələcəklər. İyulun 18-dən 19-na keçən gecə Mayamidəki “Hard Rok” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 01:00-da başlayacaq. Qarşılaşmanı venesuelalı FIFA referisi Xesus Valensuela idarə edəcək.
Yarımfinalda Fransa millisi İspaniyaya, İngiltərə yığması isə Argentinaya uduzub.
Qeyd edək ki, DÇ-2026-nın final oyunu iyulun 19-da İspaniya və Argentina yığmaları arasında təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
ZÜMRÜD