İspaniya milli komandası Dünya Kubokunun yarımfinalında Fransa komandasını məğlub edib.
Dallasda keçirilən matç 2-0 hesabı ilə ispanların xeyrinə başa çatıb. Qolları Mikel Oyarzabal (22-ci dəqiqə, penalti) və Pedro Porro (58-ci dəqiqə) vurub.
Lukas Din Lamin Yamalın kobudluğundan sonra Fransa komandasına qarşı penalti təyin edilib.
İspaniya milli komandası tarixində ikinci dəfə Dünya Kubokunun finalında oynayacaq. Komanda 2010-cu ildə çempion olub.
Bu gen digər yarımfinalda İngiltərə və Argentina üz-üzə gələcək.
ABŞ, Kanada və Meksikada keçirilən Dünya Çempionatı iyulun 19-da başa çatacaq.
Tahir TAĞIYEV