Futbol üzrə Kurasao millisi DÇ-2026-da iştirak hüququ əldə etməklə tarixi bir uğura imza atıb. Kurasao millisi Şimali Amerika seçmə mərhələsinin 6-cı turunda Yamayka ilə qarşılaşıb və 0:0 hesablı heç heçə edib. Nəticədə 2-ci qrupda mübarizə aparan komanda mundiala birbaşa vəsiqəni rəsmiləşdirib.
Belə ki, Kurasao yığması mundiala vəsiqə qazanan ən kiçik ölkə olub. Sözügedən ölkənin cəmi 156 min əhalisi var. Kurasao millisi bu göstəricidə İslandiyanın rekordunu qırıb. Kurasao yığmasının hazırkı baş məşqçisi Dik Advokatdır. O, 2024-cü ilin yanvarından yığmanı çalışdırır. Lakin mütəxəssis Yamayka ilə görüşdə komandasının yanında ola bilməyib. Həmçinin qeyd edək ki, bu yığma tarixində ilk dəfə mundialda çıxış edəcək.
Mətləb