Futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində futbol üzrə Norveç millisi öz meydanında İtaliyanı 4:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Norveç millisində Antonio Nussa (63-cü dəqiqə), Erlinq Haaland (78, 80) və Yorgen Larsen (90+3) fərqləniblər. İtaliyanın təsəlli qoluna Françesko Esposito (11) imza atıb. Norveç millisinin səkkiz oyundan 24 xalı var və I qrupda liderdir. İtaliya isə 18 xalla ikinci yerdədir. Bununla da Norveç 1998-ci ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanıb.
Mətləb