"Barselona" yeni transferlər üçün hərəkətə keçib. İspaniya KİV-lərinin xəbərində deyilir ki, Katalon klubu Robert Levandovskinin əvəzinə hücum xəttini gücləndirmək üçün yeni hədəflər müəyyənləşdirib. "Barselona"nın ilk transfer hədəfi isə "Qalatasaray"da çıxış edən nigeriyalı futbolçu Viktor Osimhendir. Məlumata görə, "Barcelona" həmçinin "Atletiko"nun hücumçusu Xulian Alvarez ilə də maraqlanır və yaz aylarında bu iki oyunçudan birini komandaya qatmaq niyyətindədir.
Mətləb