İspaniyanın "Barselona" klubunda çıxış edən polşalı futbolçu Robert Levandovski Katalon klubunu tərk edə bilər. İspaniyanın nüfuzlu islam nəşri olan AS yazır ki, 37 yaşlı ulduz futbolçu gələn il başa çatacaq müqaviləsi yenilənməsə klubu tərk edib aktiv futbol həyatına son verməyi planlaşdırır. İspaniya nəşri iddia edir ki, bu mövsüm cəmi 9 qarşılaşmada meydana çıxıb 7 qol vuran ulduz futbolçu "Barselona"dan ayrıldıqdan sonra digər klublara keçməyə müsbət yanaşmır. Qeyd edək ki, Katalon rəhbərliyi polşalı futbolçuya yeni müqavilə təklif etməyib.
Mətləb Salahov