Türkiyədə futbol hakimlərinin mərc saytlarına üzvlüyü məsələsi ilə bağlı istintaq çərçivəsində 17 hakim və 1 klub prezidenti saxlanılıb. "Haber Global" telekanalının xəbərində deyilir ki, saxlanılan 17 hakim barəsində "vəzifə səlahiyyətlərindən sui-istifadə" və "oyun nəticəsinə təsir göstərmə" maddələri üzrə istintaq aparılır. Saxlanılan klub prezidenti barəsində isə "futbol oyununun nəticəsinə təsir göstərmək məqsədilə hərəkət" iddiası üzrə istintaq başladılıb.
Mətləb