Futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələnin oyunları davam edir. Dünən axşam 4 qrupda daha 8 qarşılaşma keçirilib.
E qrupunda mübarizə aparan Türkiyə millisi öz meydanında son Avropa çempionu İspaniya ilə qarşılaşıb. Oyun gözlənilməz hesabla başa çatıb. İspaniya millisi Türkiyədə keçirilən oyunda "ay-ulduzlular"ın qapısına 6 cavabsız qol vurub. Qrupun digər matçında Gürcüstan millisi Bolqarıstanı qəbul edib və rəqibini böyük hesabla məğlub edib - 3:0.
J qrupunda keçirilən Belçika - Qazaxıstan matçında da böyükhesablı nəticə qeydə alınıb. Meydan sahibləri qazaxlara 6:0 hesabı ilə qalib gəlib.
Mətləb