Futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələ oyunları davam edir. A qrupunda Almaniya millisi səfərdə Slovakiyanın qonağı olub. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. E qrupunda isə İspaniya Bolqarıstanı üstələyib - 3:0. E qrupunda mübarizə aparan Türkiyə millisi Gürcüstanda yerli komanda üzərində 3:2 hesablı qələbəyə sevinib.
Mətləb