Kataloniya təmsilçisi "Barselona"nın ispaniyalı vingeri Lamin Yamal İspaniya çempionatının III turunda "Rayo Valyekano" ilə matçın 40-cı dəqiqəsində penaltini dəqiq yerinə yetirərək, XXI əsrdə La Liqada ən gənc penalti vuran futbolçu olub. Bu barədə "Squawka" statistika portalı məlumat yayıb. Portalın məlumatına görə, 1:1 hesabı ilə yekunlaşan qarşılaşma zamanı Yamalın 18 yaşı (18 yaş, 49 gün) olub.
Xatırladaq ki, "Barselona" növbəti oyununu sentyabrın 14-də evdə "Spotify Camp Nou" stadionunda "Valensiya"ya qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Mətləb