Kristiano Ronaldo evlilik təklifi etdiyi Corcina Rodriguezi gözlənilən toy ərəfəsində hədiyyə yağışına tutub. Portuqaliyalı futbolçu sevgilisi üçün dəbdəbəli hədiyyələrə inanılmaz məbləğdə pul xərcləyib.
Hər şey bir neçə milyon dollar dəyərində qiymətləndirilən nişan üzüyü ilə başlayıb. Bununla belə, Ronaldo bununla da kifayətlənməyib. İnsayderlərin sözlərinə görə, hədiyyələr siyahısına "Porsche Taycan", bir neçə yüz min dollar dəyərində lüks elektrik avtomobil, "Audemars Piguet" və "Patek Philippe" saatları, "Dior" və "Louis Vuitton" çantaları və lüks əşyalardan ibarət yeni qarderob daxildir.
Mətləb