Misli Premyer Liqasında 2025/2026 mövsümünə bu gün start veriləcək. I turun açılış matçında "Karvan-Yevlax" "Qəbələ" ilə üz-üzə gələcək. Şamaxı şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 17:00-da start götürəcək. Matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Misli Premyer Liqası
1-ci dövrə, I tur
15 avqust
17:00. “Karvan-Yevlax” – “Qəbələ” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev. VAR: Rəşad Əhmədov. AVAR: Kamran Bayramov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Şamaxı şəhər stadionu
Qeyd edək ki, turun digər qarşılaşmaları 16, 17 və 19 avqustda keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.