Azərbaycanın iki klubu - "Sabah" və "Araz-Naxçıvan" ilk bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk matçına çıxacaq. "Araz-Naxçıvan" Bakıda Yunanıstan təmsilçisi "Aris"lə üz-üzə gələcək. "Dalğa Arena"da baş tutacaq və rumıniyalı FIFA referisi Andrey Kivuletenin idarə edəcəyi qarşılaşma saat 20:00-da start götürəcək. "Sabah" isə səfərdə Moldova təmsilçisi "Petrokub"un qonağı olacaq. Qarşılaşma Kişineudakı "Zimbru" stadionunda, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüşü israilli referi Qal Leybovitz idarə edəcək.
Mətləb