64 yaşlı keçmiş futbolçu evində ölü tapıldı

"Fiorentina"nın sabiq müdafiəçisi Selesta Pinin cəsədi evində tapılıb. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, 64 yaşlı əfsanəvi futbolçu ilə əlaqənin olmamasından narahat olan qohumu onun evinə baxış keçirib və cansız bədənini görüb. Qadın dərhal polisə zəng edib. Nəzərdən keçirilən versiyalardan biri intihar olsa da, hüquq-mühafizə orqanları digər halları da istisna etmir.
Mətləb