"Şelburn" - "Qarabağ" matçını bu hakimlər idarə edəcək

Ağdamın "Qarabağ" klubunun UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümündə ilk oyununun hakimləri müəyyənləşib. II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubu ilə keçiriləcək səfər görüşünə Xorvatiyadan olan ədalət təmsilçiləri təyinat alıb.
İyulun 23-də Dublindəki “Tolka Park”da baş tutacaq qarşılaşmanı Ante Çulina idarə edəcək. Luka Puşiç və İvan Mihali oyunun baş hakiminin köməkçiləri olacaqlar. Mateo Erceq dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Mətləb