“Qarabağ” Çempionlar Liqasında bu rəqiblə qarşılaşacaq

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub. Son oyun günündə Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın II raunddakı potensial rəqibləri olan İrlandiyanın "Şelburn" və Şimali İrlandiyanın "Linfild" komandaları cavab oyununda üz-üzə gəlib.
İlk matçda 1:0 hesablı qələbə əldə edən "Şelburn" səfərdə qollu heç-heçə (1:1) ilə razılaşıb və turu keçən tərəf olub. Bununla da onlar Ağdam təmsilçisinin rəqibi olublar.
Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları iyulun 22-23-də, cavab görüşləri isə 29-30-da təşkil olunacaq.
Mətləb