İmaməddin Xəlilov beynəlxalq təlim-məşq toplanışının ən fəal kişi parataekvondoçusu seçilib

Dünya Taekvondo Federasiyası, Taekvondo Təbliğat Fondu və “Taekwondowon” İdman Kompleksi tərəfindən Cənubi Koreyanın Muju şəhərində 2-10 iyul tarixlərində təşkil edilən beynəlxalq təlim-məşq toplanışına yekun vurulub. Taekvondo Təbliğat Fondu tərəfindən Paralimpiya çempionumuz İmaməddin Xəlilov təlim-təşq toplanışının ən fəal kişi parataekvondoçusu seçilib və ona iştirak sertifikatı ilə yanaşı, xüsusi xatirə hədiyyəsi təqdim olunub.
Toplanışı başa vuran digər parataekvondoçularımız Sabir Zeynalov və Orxan Cəfərova da müvafiq olaraq iştirak sertifikatı verilib.
Leyla QARAXANLI