Bu axşam “Çelsi” - “Fluminense” görüşü olacaq

Bu gün ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında ilk finalçı bəlli olacaq. Yarımfinalın birinci matçında İngiltərənin “Çelsi” komandası Braziliyanın “Fluminense” klubu ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Yarımfinalın digər görüşü İspaniyanın "Real" və Fransanın PSJ kollektivləri arasında sabah keçiriləcək.