Məşhur qapıçı daha 2 il "Barselona"da

"Barselona" qapıçı Voyçex Şensnı ilə yeni razılıq əldə edib. Klubun rəsmi açıqlamasında deyilir ki, katalon təmsilçisi 35 yaşlı polşalı qapıçı ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb. Onun klubla olan əvvəlki sözləşməsi hazırkı yaya qədər idi. Qeyd edək ki, Voyşex Şensnı ötən ilin oktyabr ayından "Barselona"da çıxış edir. Təcrübəli qapıçı Kataloniya təmsilçisinin heyətində 30 qarşılaşmaya çıxıb və 14 dəfə qapısını toxunulmaz saxlayıb.
Mətləb