Fatih Terim qovuldu, yerinə ispaniyalı məşqçi gəldi

Türkiyəli mütəxəssis Fatih Terimlə yollarını ayıran Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubu, yeni baş məşqçisini açıqlayıb. Ərəb klubu bu vəzifəyə ispaniyalı İmanol Alquasili gətirib. 54 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
İmanol Alquacilin son klubu "Real Sosyedad" olub. O, 2018-ci ilin dekabrından 2024/25 mövsümünün sonunadək İspaniya təmsilçisinə rəhbərlik edib.
Mətləb